Gilas

Gilas
@Gilas_arslan
Puan vermedi·194 syf.··
Beğendi
·
2016 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 03 Ocak 2016 00:00
Doğum günümdə bu kitabı hədiyyə etmişdilər. Bir nəfəsə bitirdiyim kitablardandı. Mənə şeiri sevdirən kitab və şair ikilisi deyə bilərəm. İlk dəfə şeir kitabı oxumaq istəyənlər üçün ideal seçim
Heyf O SevgiyəNüsrət Kəsəmənli · Maarif,2006 · 06 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·540 syf.··
Beğendi
·
2015 2. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Mart 2015 00:00
Bir çox kitabları daha kiçik yaşlarda mütaliə etmişəm, dolayısı ilə duyğusal olaraq dərindən anlamamışam bəlkə də mövzunu. Amma "Kerri Bacı" əsərini yeniyetməlik dövrümün ən dalğalı vaxtında oxumuşdum. Yazıçı çox axıcı bir dillə qəhrəmanının duyğu vəziyyətini, cahil cəsarətini anladır. Və illər sonra həmin əsərə yenidən nəzər salanda başa düşürsən ki, səni həyatda irəliyə, xoşbəxtliyə götürəcək olanlar həvəsi qırılmamış cəsarətin və təcrübələrlə sınanmış ağlındır. Amma təəssüflər olsun ki, həyat ağıllı insanı yetişdirmək üçün iradəsini zorlayır, dəfələrlə cəsarətini qırır. Nəticədə ağıllı, lakin həyəcanını itirmiş yetişkinlərə çevrilirik
İnsan ve Duygular
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014760 okunma
Tanrı bizim ruhumuzu büsbütün əhatə edib.
Puan vermedi·376 syf.··
2024 2. kitabı
"Hamı gizli, həm də hiss olunacaq qədər aşkar bir qüvvənin daim ona nəzarət etdiyini, onu izlədiyini, heç bir zaman tək buraxmadığını hiss edir, Villi. Ruhumuz gecələrin zülmətində, ən ağır tənhalıqda belə tək olmadığını, onunla daim birgə olan varlığın isti və mehriban nəfəsini hiss edir. Hamı yatanda belə O yatmır. Həmişə... Eşidirsən, Villi? Həmişə bizimlə bərabər olan biri var. Tanrı bizdən ayrı deyil. O, bizim ruhumuzu büsbütün əhatə edib." Uzun zamandır oxumaq istəyib, fürsət tapa bilmədiyim kitabın təsadüfən bu səhifəsi açıldı. Tam da ehtiyacım olduğu zamanlarda nöqtə atışı, sanki suallarıma cavab olan bu kəlmələri yəqin ki, yazıçı da həyatında bir fırtınadan çıxandan sonra təcrübə edib yazıb. Hürufilərin dedikləri ilə səslənən bu fikir-"Tanrı bizim içimizdədir" - məni həyata təkrar bağladı. Həqiqətən Tanrını niyə daim göylərdə məskunlaşan və qorxulması lazım gələn varlıq deyə təsəvvür edirik ki?! O bizi sevir, bizə şah damarımızdan daha yaxındır. Nə xoş Tanrını sevərək ibadət edənlərə...
Din
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,494 okunma