Zehni fəaliyyət-çox maraqlıdır ki,stimulvericidir! Kiçik boz hüceyrələrin fəaliyyəti intellektual məmnunluq verir. Onlar,yalnız onlar bizi durmadan gerçəkliyə-həqiqətə gətirib çıxarır...
Bəli,bədbəxtlik. Çünki bu cür qadın bircə özünü görür. O,ətrafında olan kədəri,qəmi,həyatın özünü təşkil edən ideya və əməlləri görə bilmir. Xeyr,onlar ancaq öz yolunu görə bilir. Ona görə də gec-tez bədbəxtlik haqlayır.-Siz onun haqqında nə eşitmək istəyirdiniz? -Ancaq sizin onun haqqında düşündüklərinizi.
-Bəyəm mən bu axşam ovuca baxıb kimin kim olduğunu deyən falçı rolunu oynayıram?
-Amma bu sizdə hər kəsdən daha yaxşı alınır.
-Hastinqs,mənə inanmağınız çox xoşdur. Duyğulandım. Məgər sizə məlum deyilmi ki,hər birimiz tapmaca,əks tərəfə qarşı maraq,istək və düşkünlükdən ibarətik?!Mais oui,c'est vrai.(bəli,bəli belədir.)Biz müxtəlif nəticələr çıxarırıq və onundan doqquzunda mütləq haqsız oluruq.