İnsan ömrü nədi ki, qardaşım? Bir də görürsən qəfil qırılır, bir göz qırpımında bitir. Eşitməmisən, deyirlər, öçür ona görə qiymətlidir ki, qısadı. Bax, görürsən, bayaq yağış yağırdı, indi qar yağır. Sabah bunlar olmayacaq. Ömür də belədi, qiyməti bilinməyən əziz bir qonaqdı. Gələr, tez də çıxıb gedər, Bahəddin.
Allah neyləsin ki, imansız-dinsiz, amansız insanlara. O da bezib əlimizdən. Allah deyir qırın bir-birinizi. Allah deyir, sən güclüsənsə, istədiyini elə, yetənə yet, yetməyənə bir daş at? Demir, İsa, demir…. O qədər qudurublar ki, elə bilirlər Allah da bunların işinə qarışa bilməz. Axırımız necə olacaq, heç özüm də bilmirəm. Bildiyim odur ki, məzlumun ahı yerdə qalmaz, İsa.