Nə zamansa cəsarətsizliyindən, qorxaqlığından atmadığın addımların bədəli olaraq sonradan heç vaxt qurtula bilməyəcəyin yükün altına girmiş olursan. O yerdə ki olmalısan, oradan qaçırsan, o anda ki, danışmalısan, susursan və nəhayət, payına səni bir ömür tərk etməyəcək vicdan əzabı düşür.