kisabii

Savaş Edebiyatı
6/10
·192 syf.··
2022 36. kitabı
·
13 günde okudu
·
Okunma: 22 Aralık 2022 00:00
Milenko Yergoviç- Saraybosna Marlborosu . "Yuvam da geride kalmıştı, kitaplarım, buzdolabım, videolarım, mobilyalarım, yarınlara saklamam gereken hisslerim de..." . Kitabda keçən bu cümlə müharibənin xülasəsidir.Bosna-Hersoqavinanın paytaxtı Sarayevo da baş verən daxili müharibənin fəsadlarını ayrı-ayrı şəxslərin qısa hekayələri şəklində yazıçı bizə çatdırır. Başlığını normal, sakit bir həyat kimi oxuyub, sonunda müharibəyə gəldiyimiz həyatlar. Yarım qalan ümidlər, sevgilər, xəyallar, hisslər və bir çox şey. Kitab bizə müharibəni yox, müharibənin məcburi toxunduğu həyatları göstərir. Kitab World Literature Today tərəfindən dünyaya ilham verən 25 kitabdan biri seçilib. Mənə görə kitab roman şəklində olsa daha yaxşı olardı. Ümumiyyətlə bütün hekayə kitablarında mövzular yarımmış kimi hiss edirəm. Bu kitabda da hər hekayə bitdikdə xəyalımda sonrasını düşündüm.   Kitabın adına gəldikdə Marlboro şirkəti hər ölkəyə ayrı siqaret istehsal edir və həmin müharibə dövründə ən çox çəkilən siqaret məhz Marlboro olub. Bu barədə 1 hekayədə danışılır. Saraybosna Marlborosu
Edebiyat
Saraybosna MarlborosuMiljenko Jergovic · Kutu Yayınları · 20191,136 okunma
Reklam
8/10
·336 syf.··
2020 10. kitabı
·
7 saatte okudu
·
Okunma: 30 Mart 2020 19:29
Jonathan Livingston bir qağayıdır, amma digər qağayılar kimi tək dərdi yemək deyil. O özünü inkişaf etdirmək, digər qağayılar kimi yox daha yaxşı, daha yüksəkdən uçmaq istəyir. Bunun üçün gecə-gündüz çalışır. Bunu öyrənən digər qağayılar bunu qəbul etmək istəmirlər və Jonathani qovurlar. O isə sərhədlərini zorlamaqda qərarlıdır, geri çəkilmək fikiri yoxdur. Jonathanin timsalında yazıçı bizlərə səslənir. İnsanlar belədir, özlərindən daha yaxşısını gördükdə, ondan daha yaxşı işlər bacaran birini gördükdə bunu qəbul etmək istəmir. Cəmiyyət də heç də hər zaman özünü inkişaf etdirən insanların yanında olmur. Ona qarşı cixanlar çox olur, ancaq bütün bunlara baxmayaraq davam edənlər qalib ola bilir. Qağayı Jonathan bizə bunu deyir. Əlindəkilərlə kifayətlənmə, hər zaman daha yaxşısı olmaq üçün çalış, sərhədlərini aş, kimsəyə qulaq asma. Olmalı olduğun insana çevril və inandığın şey uğrunda mübarizə apar. Qarşına çox əngəl çıxacaq, sənə inanmayan çox insan olacaq, amma sən özünə inan.
Edebiyat
Martı Jonathan LivingstonRichard Bach · Arkadaş Yayınevi · 200580,1bin okunma
10/10
·77 syf.··
Beğendi
·
2020 1. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Ocak 2020 11:29
Kitabı çox sevdim. Eşitdiyime göre Satranç üçün Zweigin şah eseri deyirler. Çox dogru ifadədir. Əgər yazıçının başqa əsərlərini oxumamısınıza Satrançla başlamayın, sonra digərlərindən ala biləcəyiniz həzz azala bilər. Mən bundan əvvəl 4-5 kitabını oxuduğum üçün Satrançı oxuya biləcəyimi düşündüm. Satranç yazıçının ölmədən əvvəl qələmə aldığı bir neçə yazıdan biridir. Satrançda Zweig Nazilər hərəkatının Avropada irəlilədiyi zamanı, Gestaponun cinayətlərini, insanın psixologiyasına necə təsir etdiklərini qələmə alıb. Bu dövr Stefan Zweigin intihar hadisələr böyük təsir edib. Kitabda New Yorkdan Buenos Airesə gedən bir gəmidə dünyaca məşhur şahmat çempionu Mirko Czentovic, hekayəni danışan şəxs və bir zamanlar Gestaponun zülmümünə məruz qalan şahmat dahisi Dr. B arasında keçir. Kitabı oxuduqdan sonra kitabı tərçümə edən Ahmet Cemalın son sözünü də mütləq oxuyun. Kitabın təsirini artırır.
Edebiyat
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,1bin okunma