Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əliyeva Günay

Əliyeva Günay
@GunayEliyeva
"Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm. Bilmirəm ömür başıdı, ya ölüm ayağıdı... Daha adamlar içində təklik deyil mənimki, əsrlərin içindəki heykəl tənhalığıdı." Salam Sarvan
Sayfa 34 - Hədəf nəşrləriKitabı okudu
Reklam
Güllələyin şairləri! Onsuz da Şairlər ölürlər yaz yağışından, Arvad qarğışından, qız baxışından, Dünyanın tələsik yır-yığışından, Günahlı, günahsız şairlər ölür. Vaqif Bayatlı Odər
Sayfa 13 - Hədəf nəşrləriKitabı okudu
Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın. Yoxsa sonra siz də mənim kimi o adamlar üçün darıxacaqsınız.
Sayfa 227 - Qanun nəşriyyatıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Demək, biri ölübsə, daha onu sevmək lazım deyil, hə? Axı, lənət şeytana, əgər bu ölən sən tanıyan sağlardan min qat yaxşı olubsa, onda necə, hə?
Sayfa 185 - Qanun nəşriyyatıKitabı okudu
Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, onda o hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır.
Sayfa 135 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Elə şeylər var ki, onlar necə var, elə qalsa yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub, birdəfəlik olduğu kimi saxlasaydılar yaxşı olardı.
Sayfa 131 - Qanun nəşriyyatıKitabı okudu
Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim
Sayfa 23 - Qanun nəşriyyatıKitabı okudu
Mövqelərin ən pisi laqeydlik, "mənlik deyil, mənə nə var" deməkdir. Bu şəkildə davranmaqla insanlığınızın əsas tərkib hissələrindən birini itirmiş olursunuz. Bu vacib hissə hiddətlənmək qabiliyyəti və onun nəticəsi olan mübarizədir.
Sayfa 10 - Qanun nəşriyyatıKitabı okudu
"Nəinki sevinməyi, hətta ağlamağı da bacarmırıq. Rusları bəyənmirik, deyirik ki, məzarlıqdan gəlib şərab içirlər, ingilisləri bəyənmirik, deyirik ki, məzarlığa kostyumda gedirlər, norveçliləri bəyənmirik, deyirik ki, məzarlıqda ağlamırlar. Özümüzü çox bəyənirik. Çünki, dəfn zamanı şüvən arvadlar kimi mərsiyə deməyi, ağlamağı yaxşı bacarırıq. Azərbaycanda qadınlar dəfn mərasimində iştirak etmirlər. Çünki, mərsiyə oxuyur, özlərini daşa-divara çırpır, mənasız hərəkətlər edirlər. İnsanın savadsızlığı həm də onun kədərə münasibətindən bəlli olur."
Hətta hardasa tanınanda, məşhur olanda belə həmişə, hər yerdə şəraitdən aslı olaraq istədiyin şəkildə yox, baş verən hadisənin diktəsi ilə tanınırsan
Sayfa 32 - Qanun nəşriyyatı, 2011Kitabı okudu
Reklam
Bilirsən, elə şeylər var ki, başqası üçün adi bir hadisədir, amma həmin adam onu faciə kimi qəbul edir, elə böyük hadisə, dəhşətli bir şey var ki, başına gələn adam onu çox yüngül keçirir. Bu, insan psixikasıdır.
Sayfa 182 - Parlaq İmzalar nəşriyyatıKitabı okudu
Əynimdə Xəzrinin qəhvəyi jaketi, rəngi getmiş cinsi var idi, Xəzriyə necə oxşayırdımsa, özüm diksindim, deyir insan öz qəlb oxşarlarıyla dostluq edirlər, zənnimcə, zaman keçdikcə bu oxşarlıq fiziki bənzərliyə də keçir, çünki etdiyiniz hərəkətin kodları eyni olur.
Sayfa 178 - Parlaq İmzalar nəşriyyatıKitabı okudu
Ən çox bu cümlə aldı məni
Xəzrini görəndə içimdəki ağırlığın yavaş-yavaş yoxa çıxdığını hiss etdim. Düz deyiblər ki, sizə Allahı xatırladan adamlarla dostluq edin.
Sayfa 137 - Parlaq İmzalar nəşriyyatıKitabı okudu
Qar da zaman kimi hər şeyin üstünü örtməyi bacarırdı, bircə xatirələrdən savayı. İstər yaxın keçmiş olsun, istər uzaq, elə xatirələr var ki, insan onları heç bir vaxt unuda bilmir, hansısa bir səs, bir söz, bir görüntü həmin xatirəni oyadır və o xatirələrin istisi səni yandırır, soyuğu isə üşüdür.
Sayfa 135 - Parlaq İmzalar nəşriyyatıKitabı okudu
Xəzri qutudan kibrit dənəsi çıxardıb alışdırdı. - Bilmək olmaz, dünya balacadır, kibrit qutusu kimi - yanan kibrit dənəsinə baxdı, - ömür də çox deyil, kibrit çöpü kimi...
Sayfa 121 - Parlaq İmzalar nəşriyyatıKitabı okudu
103 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.