Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz, çətini adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir. Qırılandan sonra bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi, közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub.
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...