📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yazıçının yaşadığı xəyal qırıqlıqlarına baxmayaraq, 200ildən artıqdır ki, oxucuları xoşbəxt etməyə çalışan əsər. İngilis yazıçısı Jane Austennin 21 yaşında yazdığı Qürur və Qərəz ( Pride and Prejudice) klassik kitablar arasında dilinin sadəliyi və axıcılığı ilə fərqlənir. Əsər həm ingilislərə, həm də ingilis ədəbiyyatına xas bir rəsmiyyət ifadə etsə də yazıçının sadə üslubu əsəri yorucu etməkdən qurtarır. Oxuyarkən xüsusi diqqətimi çəkən yazıçının müşahidə qabiliyyəti oldu. Münasibətlərə bu cür prizmadan yanaşmaq yazıçının müşahidə qabiliyyətinin nəticəsi olmalıdır. Əsər 5 qız anası olan Mrs. Bennetin qonşuluqlarına köçən yüksək mövqeli Mr.Bingley ilə qızlarını evləndirmə ehtimalları ilə başlayır. Əsərin əvvəllərində sinif fərqi özünü göstərsə də, yazıçı qəhrəmanlarının xarakterlərinin bu cür maneələri dəf edəcək gücdə ola biləcəklərini göstərməyə çalışır. Əssərin əsas qəhrəmanları qürurlu Mr.Darcy və qərəzli (önyargılı) Elizabethdir. Mr Darcy əsərdə ən bəyəndiyum obrazdı. Canlılıq qatan isə Mrs.Bennetdir, hər bir ana kimi 5 qızından yaxşı mənada qurtulmağa çalışır. Və bəzən əsərdə dialoqları təbəssüm yaradır. Azərbaycanca tərcüməsinin uğurlu olmadığını eşidib, türkcə oxudum, qısa variantın ingiliscə də oxumuşdum. Oxuyarkən altından xətt çəkdiyim, təkrar-təkrar oxuyub ağlıma yazmağa çalışdığım çox yer oldu.
Yazıçının həyatı bir o qədər də xoş keçməmişdir. Elə o səbəbdəndir ki, əsərdə böyük inadkarlıqla, qəhrəmanlarını xoşbəxt etməyə çalışır. Yazıçı sevdiyi insanla mövqe fərqləri səbəbindən ayrılmışdır, o adi bir kənd qızı, digəri yüksək təbəqəyə mənsub biri imiş. Daha yaxşı bir həyat yaşamaq ümidi ilə başqasının evlənmə təklifini qəbul etmjş 1 gün keçməmiş sevmədiyi insanla evlənə bilməyəcəyi qənaətinə gəlib, təklifi rədd etmişdir. Ömrünün axırrına qədər evlənməmiş,