Ətrafımda hər yer, hər şey həbsxanadır; mən həbsxananı bütün mümkün simalarda - insan cildində, barmaqlıqlar formasında, qıfıllar şəklində görürəm. Bax bu divar - daşdan həbsxanadır, bu qapı - ağacdan həbsxanadır,
keşikçilər - ətə və qana çevrilmiş həbsxanadır. Həbsxana insanın binaya birləşib tamamladığı özünəməxsus, mükəmməl, qorxunc əjdahadır