Bir gün Əmirəl-mömininin zamanında Kufə meydanının ortasında Həbiblə Meysəm at üstündə qarşı-qarşıya gəlirlər. Onların atlarının boynu bir-birinə dəyir. Həbib Meysəmə deyir: "Salam olsun Darurrəzzaqın evinin qapısının ağzında çarmıxa çəkilən xurmasatan kişiyə! "
Meysəm də gülərək Həbibə belə cavab verir: "Salam olsun uzun saçları başının qanı ilə qırmızı rəngə boyanacaq və başı Kufə küçələrində gəzdiriləcək kişiyə! "