Əgər sən yağış yağarkən boynuna düşən yağış damlalarından narahat olub boynunu büzürsənsə, xoşbəxtsən. Xırda şeyləri problem edə bilirsən, çünki böyük problemlərin yoxdu…
Kitabın başından sonuna bütün təxminlərim özünü doğrultdu, hətta kitabın sonunda “qeyd” hissəsində yazınlanlar belə təxminlərimlə üst üstə düşdü. Buna baxmayaraq yaxşı ki oxudum dediyim kitablardan oldu..
Jack London Qızıl Vəba əsərini 1912ci ildə qələmə alıb. Maraqlısı odur ki, o dövrdə qeydə alınmış böyük ölçüdə epidemiya olmayıb. 1900’lərin ilk illərində çox kiçik ölçüdə 100ə yaxın insanın xəstələnməsilə nəticələnən vəba epidemiyası baş verib. Bundan sonra ən böyük epidemiya isə 1918ci ildə (kitabın yazılmasından 6 il sonra) İspan Qripi olub. Əsərdə insanlığın sonunu gətirən Qızıl Vəba pandemiyası 2010cu illərdə (yüz il sonra) baş verir. Jack Londonun bu əsəri yazması onun Louis Pasteur və Robert Koch kimi mikrobioloqların araşdırmalarını yaxından izləməsi ilə əlaqələndirilir. Gəcələkdə baş verə biləcək pandemiya təxminlərinə Jack London öz fantaziyaların əlavə edərək möhtəşəm bir əsər ortaya çıxarıb. Covid-19 pandemiyasını görmüş bir nəsil olaraq bu əsəri oxuduqda insanın J.London təxəyyülünə heyran olmaması mümkün deyil. Təsvir olunan səhnələrin böyük əksəriyyətinin yaşandığına şahidi olan hər bir oxucu əsərdə tək çatışmazlığın hadisələrin dəqiq 2019cu ildə baş verdiyinin yazılmaması (əsərdə 2013’də cərəyan edir) olduğunu düşünə bilər)). 100/10
Kızıl VebaJack London · Türkiye İş Bankası kültür Yayınları · 202447,8bin okunma