Hüseyn Məmməd

Hüseyn Məmməd
@HuseynMammad
"Hal var sağalmaz xəstəlik Ən sevdiyindir üstəlik."
Baku
13 okur puanı
Eylül 2023 tarihinde katıldı
Mən hansı ismini de, zikr edib huzur tapım Ey minbir incisiylə nicat bəxş edən mövla?
Reklam
Məni bağışla, ey Öz'üm, Hər üzümə gülənə səni yem etdiyimçün.. Yetimə gəl deyən çoxdu, Getmə dedin, çörək vermək o yana Adam heç əl uzadar Başqa qəlbə qıyana? Səni də qıracaqdır, bunun geci tezi var, Gec'im fürsət tapmadı ki, oyana, Bağışla, getdiyimçün... Nə uzaq oldu ki, donma Nə yaxın, yanma dedin Mən amma bax neynədim? Ən yaxını kor qoyub Ən uzağı nur elədim yolumda.. Stokholm sindromu, "Cəlladına aşiq" yazır qolumda... Ən xoş halda dedilər ki, Qal, Allah amanında sən.. Bağışla ki, yanan da sən, yaman da sən Sonda mənə qalan da sən, Öz'üm... Hər kəsdən əhv diləyib, Hər kəsi vacib sayıb, Hər alqışda, qarğışda Səndən yan keçib sözüm... Halal eylə, haqqını, Bacarsan, bağışla...
Sirrimi necə büküb Qoyum bağlı şüşəyə Atım mavi sulara Ki, yesin ala balıq? Mən ha qaçım "öz"ümdən, Bürünüb qaralara ha gizlənim köşəyə Görür o uca Xaliq! Gözlərim günahıma şahidmi? Şahid... Bürünüb kipriklərə utancından Baxışları qatil kimi..eşqim şəhidmi? Şəhid... Əllərim elə yanır o qədim atəş ilə Bir oda toxunub ki, sellər daşqınlar gələ, Yeddi dənizin suyu coşub daşa Söndürmür. Bu nifrinim, bu qəzəbim, bu kinim Əcəb diri tutub məni, qara daşa Döndərmir. Sən, şeytanın şux gülüşü Gözümə kül üfürüb Dönə dönə yeyilən Meyxoş yaşıl almasan, Adamın canı çəkir...

Hüseyn Məmməd

, bir kitap okudu
Puan vermedi·250 syf.·
2024 91. kitabı
Kolektif
9.8/10 · 2.976 okunma
YasinSurəsi/76⚘
"Onların sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik." QuranQuran
Alıntı