Olur görürsən,
İsti yay aylarında,
Ruhun üşüməsi..
Adam darıxır,
Özünü qucaqlayır,
İstəyir üşüməsin.
Elə bil qəsdən,
Bu dünyada heç kimsə,
Eşitmir səsin.
Düşünür ki, kaş,
Biri ola, eşitsin,
Heç nə deməsin..
Amma var axı,
Sənin eşitmədiyin,
Birisi kəsin...
Hərf-hərf oxunur,
İçimdə ki, hər şeyin,
Qasididir nəfəsin.
Sənsən unudan,
Səni hər an eşidən,
Duyan birisin...