Herman Melvil- Mirzə Bartlbi
#yoldaşseriyası
___
Bu kiçikhəcmli kitabla tanışlığım sərgidə olmuşdu, ona qədər nə yazar, nə də kitab haqqında eşitməmişdim. Ona görə kitaba başlayarkən gözləntim yox idi. Amma kitabı bitirdiktən sonra Mirzə Bartlbi'nin hekayəsi məni xeyli düşünməyə vadar etdi.
Parlaq İmzaların kitab seçimləri yenə öz sözünü deyir
___
Bartlbi bir vəkilin ofisində sənədlərin üzünü köçürən mirzələrdən biridir. Lakin o digər mirzələrdən çox fərqlənir. Ona verilən tapşırıqlara "Yaxşı olardı ki, bu işi mən görməyim" cavabını verir. İlk vaxtlar onun bir çox işlərə "yox" deməsi, həm vəkili, həm də digər mirzələri çox təəccübləndirir. Hekayənin sonlarına doğru isə onun bu davranışının əsil səbəbini öyrənirik. O, bu davranışları ilə tək müdirinə yox, sistemə, pula, dəyişməyən düzənə dirəniş göstərir.
___
Bəs bizlər işdə, dərsdə, ailədə, şəxsi həyatımızda "yox" deməyi bacarırıq mı?
Həyatımız başqalarının istəklərini ön plana qoyacaq qədər uzundur mu?
Xeyr. Həyatımızın nə zaman, harada sonlanacağı məlum deyil. Ona görə də, lazımlı anlarda "yox" deyib, öz həyatımızı daha dolu-dolu yaşamağa çalışmalıyıq.
___
Azadlıq bütün istədiklərimizi edə bilməkdir mi, yoxsa istəmədiklərimizi etməmək mi?
#laviniabooks #books #bookstagram #20 #hermanmelville #mirzəbartlbi #2022 #yoldaşseriyası