Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq. Ya uduruq, ya da uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir...
Zaman kiməsə sürətli, kiməsə yavaş görünən kələ - kötür hərəkəti ilə qarşısına çıxan hər şeyə toxunub keçir və onların heç birini təsirsiz buraxmırdı. Nələrisə ayaqları altında əzib - tökür, sındırır, nələrinsə əyrisini, sınığını düzəldirdi...