Həyatını daha mənalı edənlərlə daha çox vaxt keçir.Dırmaşmaq istədiyin dağlara dırmaş və şeypur çalmağı öyrən.Yağış altında rəqs et, ya da özünə yeni biznes qur.Musiqini sevməyi öyrən,təzə bir dil öyrən, uşaqlıq arzularını reallaşdırmağa çalış. Ruhunu oyat və qəlbini ruhlandır. Bu Nirvanaya gedən yoldur.Nirvanada hər şey mümkündür.Orda həyat kamildir.
O bütün məntiqlərdən kənarda, təsvir edilməsi mümkün olmayan, mahiyyəti bilinməyən bir şeydir…Sevmək və xoşlamaq başqa, istəmək, bütün ruhunla, bütün vücudunla, varlığınla istəmək isə bambaşqadır…Məncə eşq bu cür bir istəkdir. Müqavimətsiz bir istək!