Fərid

Fərid
@ImAdolfer
Tavşan yahnisi yapmak için önce bir tavşan olmalı, Tanrı'ya inanmak için de önce Tanrı.. F.M. Dostoyevski/Ecinniler Adolfer'in Zirzəmi-si: t.me/+NkIJrijmPcFjZmUy
Part time cızmaqaraçı
Orta
Bakı
Azərbaycan, 18 Temmuz 1998
26 okur puanı
Ocak 2025 tarihinde katıldı
Şu anda okuduğu kitap
Ortalıq kitabı
Puan vermedi·%6 (15/224 syf.)
Əsər nəzəri olaraq Hitler'in “qısa” bioqrafiyası olmaq iddiasındadır, lakin gəlin, görün ki, içərisində olan tək dəyərli şey rəssam və onun ailəsi barədə olan şəkillər və şəkillər haqqında olan daha az qərəzli açıqlamalardır. Kitab olaraq yox, amma albom olaraq ala bilərsiniz, əgər maraqlı gəlsə sizə. Bu günə qədər bir çox bioqrafik əsər, tarixi kitab oxumuşam. Yaxşılarını, pislərini və akademik səviyyədə olanları ilə də rastlaşmışam deyə aradakı fərqi bilirəm. Amma heç vaxt bu qədər spekulativ, kopya nümunəsi olanı oxumamışdım. Bütün yazılanlar google nümunəsi və sosial şəbəkələrdə gedən ucuz müzakirələrin əsas arqumenti ola biləcək səviyyədədir. Hitler haqqında bioqrafik əsər oxuyacaqsınız deyə bu kitaba başlamayın, çünki burada analitik dəyərə sahib yanaşmadan başqa hər şey - yalan, uydurma, spekulyasiya, qaralama vs - var. Bu kitab sizi ən uğurlu halda çayxanalarda “yaxşı tarixçi” edə bilər, başqa heç nə.
İnceleme
HitlerMichael Kerrigan · Kronik Kitap · 2019145 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
'Dünya xəritəsini yenidən çəkib rəngləyən hərəkətli adamın quru hekayəsi' Müasir dövrdə Hitler haqqında yazılmış ən ciddi əsər olaraq qəbul edildiyini nəzərinizə çatdırmalıyam ən başda. Həmçinin, ümumi rəyə görə obyektivliyi və istinadları ilə - intellekt olaraq - elit olan təbəqənin bir kəsimi tərəfindən hörmət duruşuna layiq görülüb əsəri. Bütün bunlarla yanaşı, çox ağır və rəsmi üslubu var. Əgər tarixçi və ya akademik deyilsinizsə, bu kitab sizin üçün nə imtina olunmaz sayılar, nə də sərf etdiyiniz enerjinin qarşılığını ala bilərsiniz, bunun yerinə kifayət qədər rahat başa düşülən və aydın yazılmış başqa Hitler bioqrafiyaları var. Əsərin çatışmazlıqlarının ən başlıcası da Hitler'in istər şəxs olaraq özünə, həyatına, yaşantısına, yaxın çevrəsinə, iqtisadi idarəçiliyinə və hətta xanım Eva Braun'a belə yer verməmiş olmasıdır. Xülasə, oxunması çətin, dili ağır, mövzuları isə çox qarışıqdır. Elmi dissertasiya yazarkən oxuna bilər, lakin hər oxucuya, hətta hər tarix oxuyana belə xitab etmir, nə də vacibdir. Elmi çevrələrdə hərlənirsinizsə, mütləq oxuyun, əks halda isə, bütün əks çıxışlara rəğmən ümumi mənada VVerner Maser'in yazdığı Hitler bioqrafiyası sizə daha çox fikir verəcək.
İnceleme
Hitler - 1Ian Kershaw · İthaki Yayınları · 200721 okunma
Stalin və onun quldurları
9/10
·656 syf.·
2025 9. kitabı
İlk kitabdan fərqli olaraq, burada Stalin'lə yanaşı, ətrafında olan iyirmi ailənin də həyatına çox geniş yer verilib. Belə olması Bolşevizm bayrağı altında toplanan və əcaib psixoloji çevrilmə yaşayanları dərindən anlamaq üçün bənzərsiz imkan yaradır. Yenə bolluca istinadlar və qaynaqlar oxucuya təqdim olunur, bu da kitabın tarixi dəyərindən xəbər verir. Düşünürəm ki, ikinci kitabda dramatizm səviyyəsi birincidən də çox idi. 'Genç Stalin'də yerdən yerə vurulan Troçki'nin yerinə, bu dəfə Hitler qurban kimi seçilmişdi, sanki, Stalin də onunla eyni bezin kənarı deyildi. Montefiore'nin üslubu hər nə qədər oxumağı rahat, axıcı və hamı üçün başa düşülən etsə də, obyektivliyinə bir qədər zərər vurur. Ümumən isə hər iki kitabı mütləq oxumaq lazımdır, məncə. İkinci cildə təzə başlayan zaman birincini daha önəmli hesab edirdim, lakin sonlarına gələndən sonra biri-birini necə də gözəl tamamladıqlarını başa düşdüm. Mənim üçün bənzərsiz, öyrədici, valehedici, lakin eyni zamanda qanlı və qəlbimi burxan bir tarixi səyahət oldu. Tarixi və öyrənməyi sevən hamıya könül rahatlığı ilə tövsiyə edirəm.
İnceleme
Stalin: Kızıl Çar'ın SarayıSimon Montefiore · İthaki Yayınları · 201350 okunma
8/10
·526 syf.·
2025 8. kitabı
'Papaz məktəbindən professional inqilabçılığa gedən həyat yolu haqqında' Ümumi mənada kitabın aydın, axıcı və geniş kütlənin oxuyacağı qədər sadə - buna 'romanvari' də demək olar - olmasını çox bəyəndim. Bu onu həm də tarixi-roman kateqoriyasına daxil edir. Həmçinin, bütün tarixi faktlara və qeyd olunan mənbələrə rəğmən, romantik yanaşma və diktatorun yeniyetməlik dövrünə aid bəzi sənədləri gözəlləmə çabası da vardı. Bu isə yazarın tarixçi olsa da, bir qədər Stalinist olduğunu göstərir. Yekun olaraq oxunmasını, oxudulmasını şiddətlə tövsiyə edirəm. İstər şəxsi, istərsə də tarixi mənada çıxarılacaq çox dərs var. Tarix və onu yönləndirən şəxsləri öyrənənlər üçün dəyəri ifadə olunmazdır.
İnceleme
Genç StalinSimon Montefiore · İthaki Yayınları · 201042 okunma
Yapışqan xarakterli katibin sarsaq hekayəciyəzi
1/10
·72 syf.·
2025 7. kitabı
Əldəki dəyərli mövzuya rəğmən işlənişi, müqəvva tərzi içi samanla doldurulmuş bir hekayədir, təəssüf ki. Pafoslu ədəbi şərhlərinə rəğmən hər mənada çox zəif əsərdi. Müəllifin ədəbi üslubu xoşuma gəldi, həmçinin də, Bartleby'in passiv dirənişçi olaraq 'yox' demə haqqını istifadə etməsi təqdirə layiq idi, lakin o da yeməkdən belə imtina edib bütün etdiyini üz-gözünə bulaşdırana qədər. Kitabı oxumamağınızı məsləhət görürəm. Mövzusunu bilmək istəyənlər üçün xülasəsi belədir; bir adam var və ağlınıza gələcək hər şeyə 'etməməyi tərcih edərəm' deyir, bu qədər. Artıq əsəri oxumuş qədər varsınız.
İnceleme
Katip BartlebyHerman Melville · Türkiye İş Bankası Kültür Yayınları · 202215,5bin okunma