Dəyişib dövrü-zaman hamı gümandan danışır,
Molla rüşvətxanadan, kafir imandan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
Indi eşşəyimiz ölüb, at da samandan danışır.
Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd,
Məcnun artistlik edir, leyli yalandan danışır.
Keçmişdə məşhur olan qəhrəman aslanlarımız,
Meşəyə girmək üçün indi siçandan danışır.
Istədim dillənib öz haqqımı isbat eləyim,
Dedilər pulsuz olan insan indi haçannan danışır?!