Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm, gah yıxılmışam, gah
durmuşam, həyat təcrübəsi qazanmışam, bilik öyrənmişəm, illərin süzgəcindən
keçmişəm, bərkimişəm, yaxşını pisdən ayırmağı, soyuqqanlı olmağı öyrənmişəm,
ancaq heç vaxt məhəbbət sorağında olmamışam, ona inanmamışam və bilməmişəm
ki, nə vaxtsa gəlib məni də tapacaq. İndi budur, gəlib çıxıb və heç bir həyat
təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır.
Allah lənət etsin, insan danışmaq istəyir, polkovnik. Belə axmaqca bir hissə qapılır. Bir yandan da heç danışmaq istəmir. Eyniylə oyunlardakı kimi qarışıq duyğuların altında əzilir. Amma mənim də sevməyə haqqım yoxdu mu, polkovnik? Yox. Yaxşı, polkovnik.. Mən də susaram. Gecəqondumda oturar anlaşılmağı gözləyərəm. Fəqət, polkovnik, adresimi bilmədən məni necə tapıb anlayacaqlar? Soruşuram sizdən: "Necə?", kim biləcək mənim insanlardan qaçdığımı? Mən ölmək istəyirəm, cənab polkovnik, ölmək. Bir yandan da göz ucuyla ölümümün necə qarşılanacağını izləmək istəyirəm. Təhlükəli oyunlar oynamaq istəyir insan. Bir yandan da qılına zərər gəlsin istəmir. Kiçik oyunlar istəmirəm, polkovnik..
Kəlmələr, polkovnik, bəzi mənalara gəlmir...