Nə bilim.. Nə deyim.. Çox təəssüf edirəm. Çox təəssüf edirəm ki, Azərbaycanın ədəbi baxımından "prime" dönəmi elə 20ci əsrdə qaldı. Çox təəssüf edirəm ki, bir də bu dünyaya nə İlyas Əfəndiyev gələcək nə də ki bir "Söyüdlü arx" yaranacaq...
İlyas Əfəndiyevin oxuduğum ilk əsəri idi. Bəyəndim demək bəsit çıxar təəssüratlarım qarşısında. Az öncə bitirmişəm və hələ təsirindən çıxa bilməmişəm. Düzü indiyə kimi kədərli sonluqla bitib məni üzən və ya sadəcə bitdiyinə görə ağladığım çox kitab olub amma "Söyüdlü arx"ın təsiri bir başqadır. Hər xatırladıqda ürəyim sızlayır. Bir bəy yazar tərəfindən yazılmasına baxmayaraq qadın hissləri, düşüncələri, zərifliyi necə gözəl işlənib. Ümumiyyətlə bütün personajlar çox çox yaxşı işlənmişdi. Hələ kənd camaatı arasındakı dialoqların təbiiliyini demirəm.. Oxuduqca elə bilirdim mən də oradayam, onların sözünü dinləyirəm, onları izləyirəm, Nuriyyənin cəfasını öz qəlbimdə hiss edirəm..
Nə yalan deyim Murada da ən az Nuriyyə qədər üzüldüm. Düzdür, o Səadəti də sevmişdi, lakin Nuriyyəni də unutmamaması məni üzürdü. Sonda Səadətin qızının adını Nuriyyə qoyması isə məni bitirdi. İndi Murad hər qızını çağıranda keçmiş sevgilisi yadına düşəcək...
Kövrəldiyim qədər fərəhləndiyim də az olmadı. Məsələn Söyüdlü arxın Quzey qışlağa qədər çəkiləcəyi qərarı çıxanda və artıq qazılıb qurtardıqdan sonra kəndlilərin sevincini oxuyanda mən də onların sevincinə şərik oldum. Nəriman əmiylə Qulunun xəstəxanadan atla qaçıb gəlib kabab çəkib yeməsi də çox məzəli idi, nə qədər güldüm.
Bir də ki ləhcə ilə yazılan sözlər bir başqa xoş təsir bağışlayırdı. Məsələn "mənim səndə xoşum var" və ya " zənən xeylağı" "həmən sudu, həmən dibək" və s. kimi ifadələr əsərə başqa bir rəng qatırdı (mənim üçün).
Sonda isə Nuriyyənin özündən 18 yaş böyük biriylə evlənəcəyini görəndə