Jane Eyre

Jane Eyre
@Janette_
Bir kitabdakı obraz olmaq istərdim; heç nəfəs almayıb çox nəfəs aldıran...
"...Səni ibadətə layiq gördüyüm üçün ibadət edirəm."
Reklam

Jane Eyre

, bir kitap okudu
8/10
·112 syf.·
2023 18. kitabı
Sona Cabbarlı
8.8/10 · 101 okunma
7/10
·160 syf.··
2023 16. kitabı
·
22 saatte okudu
·
Okunma: 10 Temmuz 2023 20:04
"Körpüsalanlar"...İlyas Əfəndiyevdən növbəti bir əsər daha. Nə təəssüf ki, bəlkə də ən bəyənmədiyim qadın obrazı məhz baş qəhrəman Səriyyə oldu... Əsər Səriyyə və Adilin dilindən ardıcıl verildiyi üçün biz hər iki qəhrəmanın daxili aləmi ilə tanış oluruq. Və açığı, mən nə Səriyyəni nə də Adili haqlı çıxara bildim. Adil daim gələcəkyönümlü, gözü ancaq yuxarı rütbələrdə olan, eynilə xaraktercə daha ciddi, qaraqabaq, sərt görünüşlü biridir. Onun ailə münasibətlərindəki fikirlərində olan naqislikləri oxucu asanlıqla müəyyənləşdirə bilir. Həyat yoldaşı Səriyyəni özünə uyğunlaşdırmağa çalışması, ailədə daim üstün, sözü kəsərli mövqedə durmaq istəyi, həyat yoldaşını özündən aslı vəziyyətdə görmək arzusu ilə alışması, bir növ "ailə iplərini" əlində möhkəmcə tutmaq cəhdi Adilin heç də özünün dediyi kimi ideal bir ailə başçısı olmadığı gerçəyini aşkar edir. Amma hər halda Adilin mənfilərini görüb göstəririksə gərək ki, bir qadın kimi Səriyyənin səhvlərini də görməzdən gəlməyək. Səriyyə əsərin əvvəlində öz həyat yoldaşı Adili elə şəkildə təriflərə sığdırır ki, birdən-birə körpüsalanlarla olan tanışlıqlarından sonra yaranan soyuqluq mənə bir qədər təəccüblü gəlməyə bilmir. Adilin dili ilə "Mən həyat yoldaşımla bağlı belə düşünməyi ar bildim" cümləsi əslində çox şey ifadə edir. Və Səriyyənin Adilin də dediyi kimi evli bir qadının mövqeyini, hərəkətlərini- misal üçün kişilərlə birgə ova çıxması, teniss oynaması şərab içməsi, gecə ikən buldozerçini xəlvət izləməsi, hələ göz təması, buldozerçi ilə bağlı ağlından keçənlər (subay olsaydım...) O cümlədən (özümü bir anlıq subay zənn etdim) kimi ifadələr işlətməsi, öz yoldaşı ilə getməyi rədd etməsi və bunun kimi bir çox şeylər bir qadına əsasən də evli bir qadına yaraşmayan xislətlərdir ki, bu da Adilin bu nöqtədə daha üstün mövqedə
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0749 okunma

Jane Eyre

, bir kitap okudu
Puan vermedi·280 syf.··
4 günde okudu
·
2023 17. kitabı
İlyas Efendiyev
9.1/10 · 122 okunma
Reklam