Sözlərin yerini darıxan, axtaran, uman, bəzən sevinc dolu, bəzən incik, bəzən də kədərli baxışlar almışdı. Demək, gözlərin uzaqdan pıçıldadığı sözlər daha güclü, daha təsirli imiş...
- Elə yaşamalıyıq ki, insanlar bizdən Allaha şikayət deyil, bizi Allaha əmanət etsinlər, - Satuk bəy düşüncəli şəkildə sözünə davam etdi. - Hər nəfəs alanda, hər addımda Allah rizasına can atmalıyıq.