Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda adamın qədrini bilirik. Qaldı ki, dilsiz-ağılsız heyvan ola. Səni kimlər minməyib, Gülsarı? Belində kimlər çapmayıb sənin ? İndi qocalmısan, hamının yadından çıxmısan. Gedirsən, ayaqlarını zorla sürüyürsən. Axı sən belə deyildin, Gülsarı. Bir at idin ki, dünyalara dəyərdin!...
Sayfa 162 - Bakı, Öndər nəşriyyat, 2004