Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kamala Xudaverdiyeva

Kamala Xudaverdiyeva
@Kamala_Xudaverdiyeva
History
Baku State University
Baku
Azərbaycan
10 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli
8.9/10 · 77 okunma
Reklam
372 syf.
·
Puan vermedi
·
Beğendi
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya
8.2/10 · 128 okunma

Okur Takip Önerileri

Tümünü Gör
-Hər gün sən məni lap zəngli saat kimi oyadırsan, - deyə oğlan dilləndi. -Məni də qocalıq oyadır, - deyə qoca təəssüfləndi. -Sən bilən, qocalar niyə tez dururlar? Daha çox yaşamaq üçünmü? -Düzü, bilmirəm. Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman bərk yatırlar, - deyə oğlan qocanın üzünə baxdı.
Reklam
Bəli, mən indi torpağın üstündə möhkəm durmuşdum və artıq heç kim xəyallarımı poza bilməzdi.
-Mənim burada olduğumu haradan bildin? -Kitabxanadan gəlirdim, baxıb yolda maşının izlərini gördüm. -Yox əşi?! - Bu mənim üçün “sevirəm” sözündən daha qiymətli, daha mənalı idi. Asel mənim maşınımın izini axtarırmışsa, deməli, məni düşünürmüş, deməli, xatirim onun üçün əzizdir.
Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu… Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu.
Çünki öz ömrün də, xalqının günü-güzəranı da nə qədər qayğısız keçir-keçsin, insanın bəzən qüssəyə, kədərə, həsrətə də ehtiyacı olur. Bəlkə indi, bizim bütün ağrı-acılarımız ötənlərdə qaldığından qəlbləri sarsıdan ədəbiyyat da yarana bilmir. Bir-birindən nəfis kitab nəşrləri, bir-birindən parlaq aylıqlar, həftəliklər… Amma insanın könlünü titrədən əsərə nə yazıq ki, rast gəlmirsən. Bəlkə bu da firavanlığımızın bədəli, əvəzidir. Kim bilir?
Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı isə nəinki Şuşada, Laçın, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi otellərində də yer tapmaq müşkül olur.
Reklam
Son illər Şuşa, doğurdan da, Qafqazın ən böyük turist mərkəzlərindən birinə çevrilib. Səfalı iqlimi, şəfalı bulaqları, qışda xizək idmanı, ov, alpinizm, tarixi abidələr - dünyanın hər yerindən bura turistlər cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxanada, İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşulduzlu və nisbətən kiçik, xudmani otellər turist təlabatını çətinliklə ödəyir, gərək neçə ay əvvəldən yer rezervasiya edilsin.
İndi Azərbaycan əhalisinin rifah səviyyəsinə görə ərəb əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarı ilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil, elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu.
60 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.