Lakin iradə azadlığını heçə saymamaq üçün belə düşünürəm ki, bəlkə də, işlərimizin ancaq yarısı taleyin hökmü altındadır, digər yarısı yaxud buna yaxın bir qismi isə bizim öz ixtiyarımıza buraxılmışdır.
Dünyanın işlərini Tanrının və taleyin idarə etdiyini, insanların isə nə qədər dərrakəli olsalar da heç bir şeyi düzəldə bilmədiklərini və hətta bunlara qarşı çıxa bilmədiklərini iddia edənlərin əvvəllər də, indi də çox olduğunu mən də bilirəm; buradan belə nəticə hacil olur ki, dünyəvi qayğılardan ötrü zəhmət çəkməyə dəyməz, ən yaxşısı öz qismətinlə barışmaqdır.
…insanların necə yaşadığı ilə necə yaşamalı olduğu arasında o qədər böyük fərq var ki, yaşanılması lazım olan xəyali həyat naminə gerçək həyatı inkar edənlər özlərinə xeyirdən çox ziyan verirlər; çünki, həyatın bütün istiqamətlərində yaxşılığı təbliğ edən kəs pis insanların arasında həlak olmağa məhkumdur.