Paulo Coelho'nun oxuduğum ilk və hələ ki tək kitabı.
Əsərdəki hadisələr, məzmun insanlara eynən Santyaqo kimi öz yolunu tapmaqda kömək edəcəkdir.
Vəziyyət pisləşəndə , yaxınlarımızla problem olanda , uğursuzluğa düçar olanda , bir sözlə işlər yolunda getməyəndə ilk düşündüyümüz " Buralardan getməliyəm " olur. Əslində isə hara gedirik gedək, özümüzü də özümüzlə aparırıq. Özümüzü dəyişməliyik , məkanımızı yox.
"Kimyagər" əsəri özünü dəyişmək istəyən insanlara səhrada tapılan su kimi gələcəkdir. ")
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,7bin okunma
Cəlil Məmmədquluzadə Azərbaycanın usta yazıçılarından olmuşdur.
İnsanların cəhaləti ilə , dövrün səfilliyinə qarşı qələmi ilə mübarizə aparanlardan olmuşdur. Yazıb yaratdığı əsərlər , ərsəyə gətirdiyi məqalələr xalqın oyanmasına , yaşayan ölülərin dirilməsinə kömək etmək məqsədi daşımışdır.
"Ölülər" əsəri də bu xüsusda onun şah əsəridir. Əsərdəki obrazlar , cəhalətin içində itib batmış şəxsiyyətlərdən ibarətdir.
Bütün bunlarla birgə insanların cəhalətindən sui-istifadə edən Şeyx Nəsrullah uşaq yaşındakı qızları istismar edir. Və xalq da bu şəxsə çanaq tutur. Zülmət qaranlıqda yanan və ətrafı bacardığı qədər işıqlandırmağa çalışan şama bənzəyən İsgəndər isə Şeyx Nəsrullah və onun kimi saxtakarların əsl üzlərini insanlara göstərməyə çalşan bir obrazdır.
Hüseyn Cavid , "Ölülər" haqqında demişdir:
" Artıq dərəcədə məharətlə yazılmış , məzmunu eynən həyatımızdan götürülmüş , ideyası ibqilabi olan bu drama müsəlman həyatında böyük rollar oynayacaqdır "