Yarı huşsuz vəziyyətdə olan Səidə səhərmi, günortamı, yoxsa gecəmi olduğunu bilmirdi. Harda olduğunu da. Riyadla ilk öpüşməsini xatırladı. Sevgilisinə dair xatirələr ildırım sürətilə gəlib keçdi gözlərinin önündən. Sonra yenə dərin yuxuya daldı. İkinci dəfə damarına vurulan morfin öz təsirini göstərirdi. Onun zərif vücudu üzərində gedən qeyri-insani orgiya bir saat olardı ki, kəsintisiz davam edirdi. Tərli, üfunətli, sallaq qarınlı, yekəpər və tüklü üç kişi Səidənin ağzına, vaginasına, anal dəliyinə – vücudunun mümkün olan və olmayan bütün nöqtələrinə, bədəninin hər santimetrinə təcavüz edirdi. Səidə duman pərdəsi arxasından kişilərin gözlərindəki qara maskaları, şeytani qığılcım saçan azğınlaşmış göz bəbəklərini, ağızlarının kənarından süzülən iştah tüpürcəklərini görürdü.
Səidə ilk seksual təcrübəni, bəkarətinin itirilməsini özü üçün çox ilahiləşdirmişdi. O an, çox fərqli və yaddaqalan, hətta teatral olmalı idi. Hicran nə qədər uzun çəksə, vüsal bir o qədər şirin olar. Onsuz da hər şeyi – varlığı, vücudu, bəkarəti ilə Riyada aid deyildimi? “Geci-tezi var. Bir səhər gözlərimi Riyadımın qollarında açacam.”
Ədəbiyyat muzeyinin altında yerləşən “Akademiya” kitab mağazasından, Əli Əkbərin son romanı “Amneziya”nı aldılar. Hərçənd Riyad bu müəllifi bir o qədər də sevmirdi, hətta “Artuş və Zaur” romanına görə keçən il müəllifi tapıb döymək istəmişdi. Saçlarının dibinə qədər heteroseksual olan Riyad, Əli Əkbərin “petuxluğu” təbliğ etməsini qəbul edə bilmirdi.
Məktəbli aşiqlərin ayrılıq prosesi əsasən ağrısız keçirdi. Amma arada öpüşmə olubsa, şiddətli duyğular yaşanıbsa, “mən səni sevirəm” tipli cümlələr qurulub, “ölənə qədər bir yerdəyik” kimi vədlər verilibsə, ayrılan qızlar bir neçə günlük depressiyaya düşərək məktəbə ağlamaqdan qızarmış gözlərlə gəlir, şövkətli və ür əyiyanan dost obrazına girib yekə-yekə danışan, arvad-arvad məsləhətlər verən və sifətlərinə süni kədər qataraq “zərərçəkmişin” saçlarını sığallayan rəfiqələrinin çiyinlərinə hönkürürdülər.