Kərimova

Kərimova
@Kerimli_
Həyat verə bilərmi, xəyalın verdiyini?!
Filologiya,müəllim
bachelor (ADPU)
Azərbaycan
Sumqayıt
68 kütüphaneci puanı
545 okur puanı
Mart 2021 tarihinde katıldı
Reklam
Xəyallar quran uşaq. Tənha uşaq. Böyüməyin mənası nədir? Mən istəmirəm. Heç vaxt da istəməmişdim. Ancaq zaman dayandı, mən isə davam etdim. Əslində, heç kim başqalarının ağrıya nə qədər dözəcəyini bilmir. Sadəcə, ürəyimiz bilir. Bunun isə nə faydası?
1000Kitap
Əlimdə bir triqonometriya, bir də loqorifm xətkeşi otağımda, çarpayımda uzanıb yatırdım. Bu, dərsə aludə olmaq deyildi. Arada bəzi dərslərin necə faydasız olduğunu düşünürdüm. "Rosa", "rosae" kimi latınca hallandırmanı bilmək gələcəkdə hansı işimə yaraya bilərdi? Seçməyi düşündüyüm peşə ilə heç bir əlaqəsi yoxdursa, bu zəhlətökən loqarifmlərə niyə vaxt itirməliydim?
1000Kitap
Arzum getmək, heç nə düşünmədən, vəd vermədən getmək idi. Sanki həyat bir-birinin ardınca düzülən qatarlar, yollar və gəmilərdən ibarət idi. Dərdimi necə izah edim bilmirdim. Dayanmadan hər dəfə bir qədər də uzağa getmək arzusu vardı məndə. Özü də heç vaxt geri dönməyəcək qədər uzağa. Daim irəliləmək.
1000Kitap
Monptit, həyat belədir. Mütləq nə vaxtsa kimsə gedir. Nə ürək unudur, nə həsrət azalır. Bunlar sevgimizdə yaşamağa davam edir. Ancaq vaxtı çatanda kimlərsə getməlidir.
1000Kitap
Reklam