Yuyum yuxulardan yorğun gözümü,
Atım bir kənara dərdi, dözümü.
İtirim bu yadlar içində özümü,
Bir az da özümlə baş-başa qalım.
Yuyum ürəyimi dünya tozundan,
Qaçım bu şəhərin səs-küyündən
Bir az dincimi alım öz-özümdən,
Bir az da özümlə baş-başa qalım.
Könül aynasından silim kədəri,
Bağlayım üzümə gələn hər kədəri.
Unudum taleyi, xeyri, şəri,
Bir az da özümlə baş-başa qalım.
Nə bir kəs səsləsin, nə mən dinim,
Sakitcə dayansın çarxım, dövranım.
Bu da mənim bəxtimdir, bu da mənim günüm,
Bir az da özümlə baş-başa qalım.
Xədicə Məcidova