Roman haqqında çox şey yazmağa ehtiyac yoxdur. Romanın adı belə onu oxumağın vaxt itkisi olmadığını göstərir. Onu deyə bilərəm ki, son illərdə oxuduğum ən yaxşı romanlardan biridir. Hər kəsə, ən önəmlisi də nələrəsə tutunmaqda çətinlik çəkənlərə məsləhət görürəm. Çünki bir müddət sonra nəyəsə tutunmağa çalışmağın mənasız olduğunu görəcəksiniz. "Hərkəsin həyatı, həyatının romanıdır"