Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəqani Oruc

İkimiz də eyni eşqə düşmüşük bacarırsansa bir yerdə yüksələk Yox səhv etdim sən ayrı bir zirvəsən Sənə tərəf yola çıxım mən gərək (Xəqani )
Reklam
Gecə-gecə bu nə nihilizm idi gəldi mənə
Bilmirdi neynəsin,artıq heç nəyin mənasının olmadığını anlamışdı,dinin,ideologiyaların,fəlsəfənin bir uydurma və mənafelər üzərində qurulduğunu anlayırdı,elə bil özündən də zəhləsi gedirdi,ətrafında həyatın mənasını anlamayan xoşbəxt qalan insanlara da nifrət edirdi,sanki onların xoşbəxtliyinə paxıllığı tuturdu.Ölməyi də istəmirdi,sanki cəsarəti çatmırdı.Bəlkə də,bəzi şeyləri bildiyi üçün belə tez ölmək istəmirdi,axı gəldiyi həqiqətlər də bu boş dünya üçün idi,torpağın altında qalan və ya yandırılan və yaxud da insanların ətini,heyvanların da sümüyünü gəmirdiyi cəsəd üçün deyildi.Özünə getməyi yaraşdırmırdı,qalmaq da ürəyincə deyildi,amma əbədiyyətə düşə bilmək ehtimalına görə davam etmək istəyirdi.Bu işlər lotoreya kimidi,yox,lotoreya da udmaq şansı var,burda onsuz da uduzursan,ölürsən,amma,adının qalma ehtimalı var.Özü də bunun eqoizm olduğunu bilirdi,amma neynəyə bilərdi ki,ikiüzlülük onun da xarakterində var idi.Onu başa düşəcək insana,insanlara ehtiyacı var idi,deyəsən tapmışdı
Aşiq,ola bilər,qəmin nəzmdə əzbər deyib Sinəmdə hicran dağı var kiçiltmə dəftər deyib (Xəqani)

Okur Takip Önerileri

Tümünü Gör
Gərək yox hər şeyi sözlə bəyana Bir baxış min söz edər anlayana (C.Rumi)
Mən özümü səndə tapırdım ancaq,anladım ki sən yüksəksən mən alçaq
Mən özümü səndə tapırdım,ancaq. İndi yoxsan özümü itirmişəm mən Bəlkə,sən də öz(ü)nü məndə tapırdın Amma səhvən izimi itirmişəm mən Mən özümü səndə tapırdım ancaq Səni də səhvən şeirlərdə yaratdım Deyirlər ki dünya səhvən yaradılıb Mənsə səhvən öz dünyamı dağıtdım Mən özümü səndə tapırdım ancaq Səni səhvən öz gözümdə böyütdüm Aylar keçdi məhəbbətim kiçildi Şairlərtək səhv sözümdə böyütdüm Mən özümü səndə tapırdım ancaq Səni də yalnız şeirlərdə tapırdım Tanrı idin böyütmüşdüm gözümdə Məscid idi-şeirlərdə tapırdım Mən özümü səndə tapırdım ancaq Bu minvalla mən özümü itirdim Ruhum səndə qalmışdı istəmirdim Dedin lazım deyil gəldim götürdüm (Xəqani)
Reklam
Ötüb keçibdir qatarı Cavanlığın kaş dövrüdür Arzularım ram edilmir Məhəbbətin Daş dövrüdü (Xəqani)
Həsrət atəşiydim yandım sönmədim Bu həsrət ömrümü odlayacaqdı Sənə olan eşqi gizlədəmmədim Sonsuz işıq bir gün parlayacaqdı (Xəqani)
Aşiq olmaq şairlikdən dərinmiş
Gəl özümüz olaq daha Xoşbəxt olmasaq da olar Danışsın gözlər sevgidən Səs-küy salmasaq da olar Bizim vəslimiz başlasın Xoşlamasın ya xoşlasın Hamı bizi alqışlasın Biz əl çalmasaq da olar (Xəqani )
Vüqar Biləcəri
Şeirlərim,qəzəllərim sözlərinin qurbanı Cavan canım canlar alan gözlərinin qurbanı
Reklam
Sevgim gəzər kağız-kağız Şeirim gəzər ağız-ağız (Xəqani)
İkisi də inancsız idi,ikisi də bir-birinə inanırdı (Xəqani)
Pünhan Azim
Gecə könlün quşun əflakə uçurtdum getdi İlişib,bəlkə,həmən zülfi-pərişanə qalar Elə həsrətdədi azadlığa zindandakılar Necə həsrətdə günəş şöləsi zindanə qalar
Min Şadlığı bir göz yaşına,nəşəni dərdə Yüz zövqü səfanı edərəm bir qəmə məhkum Öz kölgəmin ardınca düşüb caniyə Döndüm Kölgəm mənə hakimdi mən öz kölgəmə məhkum Görkəm ucalıb dünyada şəxsiyyəti ötmüş Şəxsiyyət olub gövdəli bir görkəmə məhkum
Artıq kitab oxumaq istəmirdi,yazarlardan daha müdrik idi.Yalnız "o"nu oxumaq istəyirdi
91 öğeden 76 ile 90 arasındakiler gösteriliyor.