Sevməyi birindən öyrəndim bu gün. Birinin əlini tutmağın nə qədər dəyərli olduğunu öyrətdi mənə.
Eyni şəhərdə getdiyimiz eyni yerlərə başqası ilə getdim
bu gün. Sənə xəyanət edirmişəm kimi gəldi mənə. Gar
diyimiz küçədə basqası ilə gəzdim, oturduğumuz kafedə
başqası ilə oturdum. Bizə aid olan xatirələrimizi ləkələ-
dim. Ürəyim yanırdı. Özümü yax$ı hiss etmirdim. Boğulurdum. Sözlərin sehrliymiş kimi yavaş-yavaş sənin dediyin duyğusuz,mənəviyyatsız biri oluram yavaş-yavaş.Məni daha yaxşı insana çevirə bilərdin,amma məni məhv etməyi seçdin.Dediyin insana çevrilirəm, üstəlik buna mane
ola bilmirəm. Kaş daha yaxşı sözlər, daha yaxşı cümlələr
qurardın mənim barəmdə. Bəlkə, onda sənin istədiyin Fərhad olardım. Îndi başqalarının əlini tutub, rəngini sevmədiyim gözlərə baxmalı olmazdım. Ölürəm deyəsən. Ölürük
deyəsən. Sənin də mənim keçirtdiyim hissləri keçirməyini
çox istəyərdim. Axı söz vermişdik, bütün hissləri paylaşa-
caqdıq. İndi bəlkə da sən başqa yerdə başqa hissləri bölüşürsən. Ölürəm deyəsən. Öldürürsən məni hər gün. Həm
də arxada heç bir cinayət izi buraxmadan
Səncə , bir şəhəri gözəlləşdirən nədir? Tarixi,mədəniyyəti,fərqli küçələri,havası,yoxsa insanları? Məncə heç biri.Şəhəri gözəlləşdirən yalnız sənsən. Mənim üçün ən gözəl şəhərsən sən.Baxdığım hər yerdə səni görmək istəyirəm. Sənin olduğun şəhərdə nəfəs almaq,sənin oyandığın səhərlərə oyanmaq istəyirəm.O zaman şəhər gözəlləşir mənim üçün.Sənin olmadığın hər yer yarımçıqdır.