KitabDünyam

KitabDünyam
@KitabDunyam
Öğretmen
Üniversite
11 okur puanı
Ekim 2023 tarihinde katıldı

KitabDünyam

, bir kitap okudu
Puan vermedi·258 syf.·
2024 13. kitabı
·
Jack London
8.5/10 · 95,7bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Altını xətlədiyim cümlələr
-Sevdiyin biri var? -Var. - O da səni sevir? -Нә. -Hardan bilirsən? -Hər dəfə oxuması üçün ona verdiyim kitabları geri qaytaranda arasına çiçək qoyur. -Verdiyin kitabların hamısını oxuyur? -Oxuyur. -Hardan bilirsən? - Kitabda bəyəndiyi cümlələrin altından xətt çək- diyini görürəm. -O da sənin kimi insanlığı xilas etmək istəyir? -Нә. -Hardan bilirsən? -Altını xətlədiyi cümlələrdən.
Sevgi
Nə az, nə çox, düz iki min yeddi yüz səksən üç ürək Azərbaycan bütöv olsun deyə dayandı. 2783 arzu ölkəmiz normal ölkə olsun deyə yarımçıq qaldı. 2783 ata, 2783 ər, 2783 oğul, 2783 qardaş biz bu torpaqlarda rahat yaşayaq deyə canlarını qurban verdilər. Odur ki bu ölkəni uçuruma aparacaq, müstəqilliyini sual altında qoyacaq hər hansı bir addım atmamışdan əvvəl 2783 dəfə düşünməliyik, düşünməlisiniz! Əks halda, bu igidlərin haqqı 2784 dəfə gözümüzdən gəlsin.
Vatan
“Yenə bu şəhərdə üz-üzə gəldik” deyəcəyik bir gün
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. ...Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına qatan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma