Gulshan21

7/10
·160 syf.··
2020 79. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Temmuz 2020 08:01
Demək olar hər filmə bu kitabdan repliklər görmüşdüm ki,kitabın hər sətrində kitabı daha əvvəl oxuyurmuş kimi hiss etdim.Hər filmdə görmüşəmsə oxumağa ehtiyac var idimi? Shakespeare incəliyini dadmaq üçün məncə oxumaq olar,ancaq bu kitab mənə görə yeniyetməlik dövrünün daha romantik çağlarında oxunmalıdır
Romeo ve JulietWilliam Shakespeare · Remzi Kitabevi · 200575,8bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
6/10
·171 syf.··
2020 78. kitabı
·
32 saatte okudu
·
Okunma: 27 Temmuz 2020 01:35
İnsanın valideyninin xərçəng olduğunu öyrənmək çox ağırdır.Bunu uşaqlıqda yaşayanda uşaq düşüncələrimlə ağırlığını hiss etməmişdim.Ancaq illər keçəndə sanki dünən yaşamısan kimi xatırlayırsan keçən günləri. Andres həkimdir,anasını uşaqlıqda itirib,atası onu tək böyüdüb.Atası 60 yaşlarının sonunda xərçəng xəstəliyinə tutulur.Xəstəliyin daim xəstəyə deyilməsini müdafiə edən Andres mövzu atası olanda çarəsizləşir. Sadəcə bir neçə ay ömrün qalacaq birinə bunu demək necə ağırdır.Yadımdadır ki,səhv bir diaqnoz nəticəsində anam da sadəcə bir neçə aylıq ömrü qalacağının xəbərini alırdı.Tökülən saçlarını kədərlə yığmaq məcburiyyətində qalırdı.Əslində insanlar düşünür ki,gənc yaşda ölməklə,daha yetkin yaşda ölmək arasında böyük fərq var.Öləcəyini bilə-bilə yaşayan tək canlı insandır.Bir çoxumuz bunu bildiyimiz halda,yaşamaq üçün bunu unuduruq.Son günə qədər sanki bir qüvvə bizi ölümsüz edəcəkmiş kimi ümid içində oluruq.Yunanlıların da elə ən qorxudu şey ümid imiş.Necə haqlıdırlar. Bir neçə ay sonra öləcəyini bilən biri nə edər? Bu sual bir çox insana mütləq ki verilib.Tətilə çıxardım,sevdiklərimin yanında olardım və s. Cavabları çox eşitmişəm. Bu sualı cavabı yenə də yaşla bağlıdır.Düşünürəm ki,insan öləcəyini unutmadan yaşamalıdır,varla yox arasında qalaraq.Biz varıq,ama biz təkistifadəlik varlıqlarıq.Bir varıq,sabah yoxuq.Zaman deyəndə də yadıma İn time filmi gələr,çünki zamanı ən yaxşı ifadə edən film odur. Kitabı ümumilikdə bəyənmədim.Ədəbi gücü olduqca zəifdir,oxunarmı? Düşünürəm ki,mütləq hərkəsin oxuması mütləq kitablardan deyil.Yazı xətaları da olduqca çox idi. Hal hazırda iqtisadi çöküş olan Venezuelada baş verir hadisələr.Kitabın sonlarına doğru Andres və atasının söhbətlərində bu çöküş barədə də fikirlər var.Kitab 2000'lərin əvvəlində baş versə də,iqtisadi çöküşün
Babam GiderkenAlberto Barrera Tyszka · Kafka Kitap · 2018207 okunma
6/10
·128 syf.··
2020 77. kitabı
·
3 günde okudu
·
Okunma: 25 Temmuz 2020 18:12
Nietzschenin fikirlərinin bir çoxunu bəyənsəm də,fikirlərinin kəskinliyini sevmirəm.Deccal sırf xristian dininin tənqidinə həsr olunub.Xristian dininin yəhudi dinindən gəldiyini müdafiə edərək,insanların bu dinə necə inandığını sorğulayır.Xristian dininin əsrlərdən elm adamlarına etdiklərini,onların nöqteyi-nəzərində elmin "təhlükəsini" elə onların dilində yazır. Kitabı bəyənmədim,maraqlı fikirlər olsa belə,kəskin bir kitab olduğunu düşünürəm.Əsas da Salomedən sonra(L.A.Salomeyə etdiyi təklifin rəddindən sonra) qadınlar haqqında yazdığı sərt ifadələr mənə görə absurddur. Nietzsche yaxşı filozofdur,ancaq yaxşı tədqiqatçı deyil(akademik olduğu üçün tədqiqatçı da sayılır).Düşünürəm ki,tədqiqatçı heç bir düşüncənin üstündə bu qədər kəskin durmayan,daim ikinci bir cavabı da axtaran şəxsə deyilir.
DeccalFriedrich Nietzsche · Tutku Yayınevi · 20165,1bin okunma
8/10
·250 syf.··
2020 76. kitabı
·
13 günde okudu
·
Okunma: 25 Temmuz 2020 18:07
Düşünbil fəlsəfə jurnalıdır,bu jurnalı çox oxucu ədəbiyyat jurnalı kimi bilir. Dosentlərin,alimlərin(akademiklər) yazdığı mövcud mövzu üzrə yazılardan ibarətdir.Bu dəfəki mövzu mitologiyadır.Yunan-şumer mitlərinin qarşılaşdırmaları,fərqli mədəniyyətlərdəki hadisələrin digərləri ilə müqayisələrini qarşılaşdırır.Olduqca maraqlı jurnaldır,ancaq fəlsəfəyə həqiqətən marağınız var isə.
Düşünbil - Sayı 52Düşünbil Dergisi · Düşünbil Dergisi · 20165 okunma
8/10
·250 syf.··
2020 75. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Temmuz 2020 19:47
Oxucu zövqünə güvəndiyim oxucular o qədər tərifləmişdi ki,başlayanda kitabdan böyük gözləntim var idi.Ancaq tövsiyyə edərəm ki,oxumağa belə başlamayın.Yazıçı öz avtobioqrafiyasını yazıb.Macarıstanlı bir yəhudi olan yazıçı 15 yaşında bir gün məcburən aparıldığı,holotoks dövrünün ən qanlı yəhudi düşərgəsi olan auschwitz’ aparılır.Düşünün 15 yaşınızda əsir kimi həbs edilirsiniz,sırf yəhudi olduğunuza görə.Yaxınınızdakı binada qadın və uşaqlar işləməyə "yararsız" olduğu üçün yandırılır.Yazıçı getdiyi bir çox belə düşərgələrində tanış olduğu insanlar və holotosk(yəhudi soyqırımı) dövrünü dramatikləşdirmədən anladır.Bəlkə də ən yaxşı son cümləyə sahip kitablardan biridir. Bir zamanlar mühendis,doktor ve ya benzeri bir şey olacağıma dair planlar yaptığını hatırlıyorum.Büyük bir ihtimalle de istediği gibi olacak;insan hiç bir saçmalığı çok doğal bir şeymiş gibi yaşayamaz ve şimdiden biliyorum ki mutluluk yolumun üzerinde kaçınılmaz bir tuzak gibi beni bekliyor.Çünki orada,oradaki bacalarda bile dumanların kesildiği anlarda mutluluğa benzeyen bir şeyler vardı.Belki de asıl bu deneyim benim için unutulmaz kalacak ama herkesin öğrenmek istediği sadece kötü olan,sadece "dehşet".Evet eğer bir daha sorarlarsa,onlara bunu,toplama kampındaki bu mutluluğu anlatmalıyım. 2002'də nobel alıb,əslində nobelə layiqdirmi? Məncə layiqdir,soyqırımın,əsirliyin içində belə ümid olduğunu o qədər sadə dildə izah edir ki,insan olduğumuzun varlığını hiss edirik.
KadersizlikImre Kertesz · Can Yayınları · 2021599 okunma