Gulshan21

9/10
·408 syf.··
2020 87. kitabı
·
11 günde okudu
·
Okunma: 25 Ağustos 2020 10:28
Hasan ali toptaş Türkiyənin hal-hazırdakı ən yaxşı 3 yazıçısından biridir. Əslində Hasan ali toptaş kitablarında tez-tez şüur axını texnikasından istifadə edir. Ona görə düşünürəm ki, kitablarını anlamaq çətin olduğu qədər də necə deyərlər, ləzzətlidir. Yenə ilk 100 hətta 200 səhifəyə qədər sadəcə bu mühiti anlamaq üçün bütün düşüncəmizi verərək oxuyuruq. Bəzən düşünürəm görəsən insanlığı qəddar edən nədir? Bizi qəddar edən nədirsə öldürən şey də odur. Yaşamaqdan qaçırıq. Biz qaçdıqca xoşbəxt olmaq istəyi bizi qovalayır. Ziya yetkinlik yaşında 30 ildir görmədiyi əsgərlik yoldaşını ziyarətə gedir. Arxa fonda isə biz Ziyanın uşaqlığına səyahət edirik. Bayaq soruşmuşdum, bizi qəddar edən nədir deyə. Bizi qəddar edən yaşamaq hirsidir, istəyi deyil hirsi. Kitabın son 5 səhifəsi ki var, bütün kitabı gözəlləşdirməyə bəsdir. Hasan ali toptaş elə də çox oxumuş biri deyil, müşahidə ya da kəşfdir onu belə güclü bir yazıçı edən.
HebaHasan Ali Toptaş · Everest Yayınları · 20175bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·96 syf.··
2020 86. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Ağustos 2020 12:58
Ahmet mithatla bir il əvvəl Felatun bey ile rakım efendi kitabı ilə tanış olmuşdum. İlk oxuduğum kitabındakı dili məni özünə heyran etmişdi. İlk kitabından sonra bu kitabı ilə məndə "bu yazıçının daha çox kitab yazmamağı fəlakətdir" fikri yaratdı. Çingene indikilərin dili ilə roman, bizim ölkədə isə səhv etmirəmsə qaraçı adlı bir tayfadır. 400-500 il əvvəl hindistandan Anadoluya köç etsələrdə etnik tərkibləri artıq indiki dövrdə bizimlə uyğunlaşıb. Hikmet bey atasından sonra ailəsi ilə yaşayan 22-23 yaşlarında bir bəydir. Dostları ilə getdiyi qayıq gəzintisində qaraçı tayfasının içində olan Zibanı bəyənir. Düşünür ki, insan yaxşı bir tərbiyə ilə dəyişə bilər. Ancaq burada əsas düşüncə insanın insan olduğu üçün qəbul edilməməsidir. Müəyyən bir əxlaq norması, həmişə bu müəyyənlərin içində insan həyatının necə məhv edildiyi. Mənə görə ən kədərli yanı yazıçının 200-300 il sonranı təsvir edərkən qurduğu xəyalpərəst cümlələrdir. İnanır ki, 2000-2100 illərdə insanlar artıq bir-birini doğurdan da sevə biləcək qədər cəsarətli olacaq. Ancaq biz özümüzü sevə bilmiriksə, insanoğlunu necə sevə bilərik. Bizə sevgini öyrədirlər, ancaq bunu bölüşməyi öyrənə bilmirik yəqin ki
ÇingeneAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 20253,988 okunma
Puan vermedi·320 syf.··
2020 83. kitabı
·
22 günde okudu
·
Okunma: 09 Ağustos 2020 09:54
İlk cildi bitdi. Bəxtiyar vahabzadə yaradıcılığı ilə tanış olmaq əvəzsiz idi. Mütləq ki, poeziya sevən hər kəs onunla tanış olmalıdır. İkinci cildini bir neçə müddət saxlayacam, bu qədər gözəlliyi birdən kəşf etmək olmaz
Seçilmiş Əsərləri 2.CildBahtiyar Vahapzade · Öndər Nəşriyyatı · 2004130 okunma
Puan vermedi·150 syf.··
2020 82. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Ağustos 2020 14:42
Jack londonu bir yazıçı kimi bəyənməsəm belə,düşünürəm ki, bu kitabı həqiqətən yaxşı yazılıb. Jack londonun yaşadığı 19-cu əsrin sonları üçün belə məlumatlar Baba vanga kəhanətləri təsiri bağışlayır. Yuxuda gördüyümüz qəribə yuxuların bizim ulu babalarımızdan gəlməyi düşünməsi də olduqca maraqlı idi. Məncə hər insanın tanımalı olduğu düşüncələrdən ibarətdir
Âdem'den ÖnceJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202526bin okunma
6/10
·74 syf.··
2020 81. kitabı
·
23 saatte okudu
·
Okunma: 05 Ağustos 2020 02:14
Vatan və yaxud Silistre,Osmanlının 19-cu əsrdə Bolgarıstan ərazisindəki Silistredə torpağı olduğunu bilmirdim.Silistre qalasının müdafiəsi əslində 1854'də rus-osmanlı arasında olub,ancaq kitabda bu yunan-osmanlı kimi qeydə alınıb.Yəqin ki,yazıçı bu qala müdafiəsini həmən müdafiədən ilhamlanaraq yazıb.İslam bəylə Zəkiyyə bir-birini sadəcə bir dəfə görməklə bir-birinə necə deyərlər,bir könüldən-min könülə vurğun olurlar.Artıq ikinci görüşdə İslam bəy Zəkiyyəyə müharibəyə gedib,vətəni üçün döyüşəcəyinin xəbərini verir.Ailəsindən hər kəsi itirmiş Zəkəriyyənin tək sığınacağı İslam bəy olur,ona görə də bu xəbərdən sonra xeyli sarsılır.Kitabın ikinci hissəsi bu qalanın müdafiəsinə və bu eşqin hind filmlərini xatırladan eşqinə həsr edilib.Qala müdafiəsi hissəsi olduqca təsiredicidir.İnsanlar öz canından çox qalanın və vətənin müdafiəsi üçün çalışırlar. Vətən doğulduğun,böyüdüyün,səni böyüdən ailədir və bunun təsvirini Namık Kemal o qədər incə verir ki. Yazıçının sağlığında səhnələndiyini gördüyü ilk və son pyesidir,çünki çox səhnələnməyinə baxmayaraq,böyük səs küyə səbəb olur. Düzü bir neçə məqam xaric,ümumiyyətlə bəyənmədim.
Vatan Yahut SilistreNamık Kemal · Türkiye İş Bankası Kültür Yayınları · 202427,5bin okunma