Aytmatov külliyyatının son kitablarındadır. Aytmatov oxumağın fəsli elə Mart-Aprel aylarıdır. Qışı geridə qoyub, ilk baharla qarşılaşırıq.
Aytmatov oxumayan çox şey itirir demək olmaz, ancaq qazanacağı çox şeydən özünü məhrum edir
Tanzimat dövrü türk ədəbiyyatının şübhəsiz ən yaxşı yazıçı və intellektuallarındandır Ahmet mithat.
Oxumayanlar Felatun bey ve rakım efendi ideal seçimdir
Şeytankaya TılsımıAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 20252,863 okunma
Əfqanıstan hansısa dövrdə xaosu ilə qarşılaşmaq istədiyim ölkələrdən biridir. Oxuyanlar niyəsə Xalid hüseyn kitabları ilə eyniləşdirir. Ancaq mövzunun eyni ölkədə yazılmağından savayı heç bir oxşarlıq yoxdur. Jurnalist müharibəni görmək üçün Əfqanıstana gəlir və orada bir kitab mağazası ilə rastlaşır. Mağaza Sultan adlı bir kitab kolleksionerinindir. Uzun müddət Sultanın evində qalır və Sultanın ailəsinin fonundan bütün Əfqanıstandakı 1990-2000-ci illər Əfqanıstanını təsvir edir. Əfqanıstanın o illərini kəşf etmək üçün maraqlı kitabdır, doğurdan da heç vaxt eşitmədiyim və rastlaşmadığım qatı qaydalarla tanış olmaq oxucu olaraq çətin bir təcrübə oldu. Ancaq Xalid hüseyn kitablarından daha real təsvirlərlə qarşılaşmaq daha maraqlı idi)
Holokostu(yəhudi soyqırımı) çox araşdıran, bu barədə çox oxuduğum üçün kitab mənə fərqli gəlmədi. Eliezer atası ilə birlikdə 1944’də polşaya aparılır və müharibə bitənə qədər 3 toplama kampında olur. Kitabında giriş hissəsində yazıçının kitabı yazandan 30+ il sonra kitabı nəşr edən zamanki düşüncə və çətinlikləri izah edilir. Maraqlıdır, əgər müharibə kitabları oxumağı sevən oxucusunuzsa
Murakaminin bir çox kitabını oxusam da, mənə görə Murakaminin mövzularına ən uzaq kitabıdır. Ancaq düşünürəm ki, oxuduqlarım arasından ən yaxşı kitabı da budur. 653 səhifə oxuyandan sonra mistika hələ də bitmir. Murakaminin son yazmağı sevmədiyini bütün oxucuları bilir yəqin ki. Oidipus mifini hər oxuyanda yadıma Orhan pamuk gəlir. Ama Murakami Orhan pamuk kimi dərininə getmək yerinə, sadəcə mistika olaraq saxlayıb. Maraqlıdır, kaş Murakami Sahilde Kafka vari bir neçə roman da yaza.
Sahilde KafkaHaruki Murakami · Doğan Kitap · 202012,1bin okunma