Uzun illər adam öldürmüş, buna da atasının ölümü ilə başlamış demans xəstəsi 70’li yaşlarda obrazımızın dilindən oxuyuruq. Atasını öldürməyi ilə başlayan bu qatil olmaq silsiləsi 25 il davam edir. Öldürdüyü insanları evinin yaxınlığında dəfn edən qatildən heç kim şübhələnmir. Ömrünün sonunda məqsədi qızının qatilini tapmaq və bunu isbat etməkdir. Dili şeir kimi, sadəcə 1 kofe ilə bitən incə kitab
Bütöv bir ailə münasibətini bu qədər çoxşaxəli izah edən kitab ilk dəfə oxuyurdum. Ailə insanda necə travmalar yarada bilər? Bizim etdiyimiz yalnış və doğrular ailə münasibətlərində nələrə gətirib çıxara bilər? Ailə psixologiyasına aid kitabları bir qırağa qoyanda, 10 kitab oxumuş bərabər hiss etdim kitabın sonunda.
Məndən neçə dənə var? Ömür boyunca neçə dənə mən kəşf etmişəm? Pessimizlə realizmə mizah qatanda ancaq belə ləzzətli bir əsər ortaya çıxa bilərdi. 10 psixoloqla söhbət hissi verir
Elə bil kitabın danışacaq adama ehtiyac var idi. Bəlkə də, elə mənim qulaq asacaq bir hekayəyə.
Uzun illər həyat qadını olmuş Madam Rosa ömürünün son illərini həyat qadınlarının buraxdıqları uşaqlara baxmaqla keçirir. Pul qarşılığında evində ona yaxın uşağa baxır. Eyni evdə Yəhudi bir ailənin uşağını yəhudi kimi, müsəlman bir ailənin uşağını isə əsl müsəlman kimi böyüdür. Oxucu ilə dərdləşən Momodur. Momonu gah 14 yaşlı uşaq kimi dinləyirik, gah da 35 yaşlı yetkin biri kimi. Fantastik, ama fantastik olduğu qədər də şiddətlidi hekayədir
Filmi (“The Painted Veil”) ilə kitab arasında xeyli xarakter və hadisə fərqi var. Hadisə fərqinə görə xarakteri anlamaqda çətinlik çəkmək olur. Ancaq ikisi də ayrılıqda yaxşı idi.
Boyalı PeçeW. Somerset Maugham · Türkiye İş Bankası Kültür Yayınları · 20163,655 okunma