Amerikanın ucqarlarında,daha əvvəl adını eşitmədiyim,xristianlığın(zənnimcə) bir qolu olan mormonluq.Tara cambridge,harvard kimi möhtəşəm universitetlərdə təhsil alıb.Halbuki heç vaxt məktəbə getməyib.Mormorlar uşaqlarını dövlətin yaratdığı bütün inkişafdan(tibb,təhsil kimi) uzaq tuturlar.
Ailə qumardır.Hansı ailədə dünyaya göz açıb,yetişdiriləcəyimizi seçə bilmirik.Bəzən qumarda uduzuruq,Tara da bunlardan biridir.Qatı dindar bir ailədən çıxaraq uşaqlıqdan müxtəlif işlərdə işləyərək öz həyatını quran Tara,təhsilini də çox çalışaraq əldə edir.Mən buna motivasiya kitabı deməzdim,heç bioqrafiya da saymazdım.Bəzən biz də Tara kimi ətrafımızda olan insanlarla nə qədər yad olduğumuzu dərk edirik.Sanki hindu bir cəmiyyətdə yaşayan tək xristian kimi hiss edirik özümüzü.Ama axı bizə yaşamaq şansı bir dəfə verilir.Biz seçim etməkdə azadıq.Taranın seçimlərini oxumaq əslində bizi də dərinliyimizdə olan problemlərə aparır.Basdırdığımız,düşünmək istəmədiyimiz seçimlər