Gulshan21

6/10
·208 syf.··
2020 67. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Haziran 2020 21:22
Oxuduğum elmi-fantastikalardan gözlədiyim gələn dünyanın təsviridir.Elmi-fantastik kitablar gələcəyinə ehtimal olunan dünyanı bizə göstərir. Ancaq təsvir mövzusunda çox bəsit bir elmi-fantastika idi.Ümumi olaraq adına elmi-fantastika deməsək,kitablar barədə düşüncələrə nəzər salsaq,maraqlı fikirlər var idi.Əsas da kitabın son hissəsi
Kültür-Sanat
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,3bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·680 syf.··
Beğendi
·
2020 66. kitabı
·
32 günde okudu
·
Okunma: 21 Haziran 2020 03:09
İlk oxumağa başladığım sətirlərdən fikir doğmalığımızı tapmışdım Pessoa'da.Kainatın incə,qəddar,bilinməyən tərəflərini demək olar hər gün yazaraq vərəqlər şəklində toplayıb,bir sandığa yığır.Ölümündən sonra vərəqlər toplanaraq bu kitab hazırlanır.Öz həyatından çox məqamı əks etdirməsə də bəzi sətirlərdə onun yaşadıığı və yazdığı mühiti də təsviri ilə,gözümünüzün qarşısına əlində qələmi o tək şəklində olan papaqlı,yazı yazan Pessoa canlanır. Bəlkə də tanış olduğum ən qəribə düşüncələrdən biri idi rastlaşdığım.
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 201714,5bin okunma
Puan vermedi·576 syf.··
2020 53. kitabı
·
7 günde okudu
·
Okunma: 17 Haziran 2020 06:42
The help(Köməkçi) kitabın ilk çıxdığı addır və pegasusun adını dəyişib "Duyguların rəngi" etməyi məncə çox incədir.Kitab 3 nəfərin(Abilieen,minny və eugenia) ayrı-ayrı bölümlər olaraq,düşüncə və hadisələri anlatmağı üzərinə davam edir. Abilieen və Minny Mississippi Jacksonlu(cənublu) iki afro-amerikalı ev köməkçisidir.Həyatları boyu(bütün ailəsindəki qadınlar) bu işlə məşğul olub.Eugenia ilə Abilieenin dialoqundakı bu məqam əslində çox kədərlidir.Çünki istələlər belə irqi ayrıseçkilik onların bütün həyatlarını "fərqliləşdirib". Yazıçı Jacksonludur və kitabını yazarkən Susan tucker adlı vəkilin kitabda da keçən(məncə ikisi də oxşayır) kitabını oxuduqdan və öz evlərində çalışan köməkçiləri Demetriedən ilham alınaraq yazılıb. Hamımız həyatımızın bir hissəsində ayrı-seçkiliyə,fərqli olduğumuzu bildirən baxış və görüşlərə təsadüf edirik. Kitabda yazılanlar tamamilə realdır.Ancaq düşünürəm ki,kitabla filmi fərqlidir,kitabının yazı tərzini bəyənmədim ancaq filmindən daha yaxşıdır. 1960'ların "Böyük" amerikasının böyük rasizminə səyahətə çıxmışdım,martin luther kingdən,ağların təmizlik otaqlarını işlətdiyi üçün döyülərək kor edilən insanlardan. Əslində mən insanlığın kor tərəfinə səyahətinə çıxmışdım. Amerikada afro-amerikalı olmağı bütün incəliklərinə qədər oxudum,bəlkə də hələ bu baş verənlərin yarısı belə deyildi.
Duyguların RengiKathryn Stockett · Pegasus Yayınları · 20121,182 okunma
6/10
·136 syf.··
2020 52. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Haziran 2020 12:55
Dedektiv janrdan,uşaq ədəbiyyatına kimi bir çox janrda qələmini sınayın Daniel pennac.Roman gibi-daha çox pedaqoji baxımdan uşağa necə kitab sevdirmək olar onu izah edir.Uşaqda hansı düşüncələri formalaşdırsanız o oxumaq,oxumaq əslində nədir? Bizi necə formalaşdırır? Öz müşahidə və təcrübələrindən yola çıxaraq oxumanın təsirini izah edir.Mənim kitabdan gözləntim tamamilə fərqli olduğu üçün kitabı bəyənə bilmədim.Sonda kitabın arxa üzündə də qeyd edilən oxucu haqlarını izah edir.Bəlkə də kitabın ən cəzbedici tərəflərindən biri də bu idi.Ancaq ətrafımızda çoxlu uşaq var,hər yaratdığınız oxuma həvəsi onlara yeni dünyaların qapısını aça bilər,buna görə belə oxuna bilər.
Roman GibiDaniel Pennac · Metis Yayınları · 2021924 okunma
9/10
·264 syf.··
Beğendi
·
2020 51. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2020 18:48
Yu hua'dan keçən il "Yaşamak" kitabını oxumuşdum.Mao dövrü ilə elə o vaxtdan tanış idim. Xu sanguanın atası vəfat edən kimi,anası başqa biri ilə qaçır və sanguan artıq babası ilə yaşayır.Kitab onun ipək fabrikində işlədiyi 16-lı yaşlarında başlayıb,60'ların sonuna kimi olan həyat yolundan danışır.Gəncliyində bir qonşuları ilə söhbəti zamanı eşidir ki,qanını satmaq yaxşı bir pul mənbəyidir və bunu etmək həmən şəxsin sağlam olduğunu ifadə edirmiş.Bu zamanlardan başlayan bu qanını satmaq sərgüzəştləri kitaba adını verir.Sanguan sayəsində valideyn olmamağıma baxmayaraq bunu bütün düşüncəmlə hiss etdim. İnsanların bütün ərzağını alıb,böyük yeməkxanaların yaranması dövrü və ardınca gələn böyük selin yaratdığı aclığa Yaşamak kitabında da rastlamışdım. Bu il oxuduğum ən emosional kitablardan oldu yəqin ki. Yu huanı Çinin iki ən böyük yazıçısından biri sayırlar.Düşünürəm ki,bu qədər əhalisi olan Çin kimi bir dövlətin iki ən yaxşı yazıçısından biri daha güclü olmalıdır.Ancaq yenə də Çinin 50-li illərinin sosial həyatını öyrənmək üçün oxumağa dəyər. Kitabda diqqətimi ən çox çəkən bir hadisə də insanların Mao dövründə kütlə qarşısına çıxarılacaq qınanması oldu.Hər hansısa bir şəxslə mübahisəsi düşən biri asanlıqla digərinin şəklini yapışdırıb,yanına insanı alçaldan bir söz yazaraq divara yapışdırır.Yoldan keçənlər bilib-bilmədən o insan haqqında mənfi düşünür,hətta xalq bunu insanlara "dərs" olsun deyə yığıncaqlar təşkil edib,insanların boyunlarından ip üstündə yazı asmaqla həmən təhqiredici ifadə yazılan yazı ilə bütün günü kütlə meydanında dayanırlar. İnsanlar,sən hansı dövrdə düzələcəksən?!
Kanını Satan AdamYu Hua · Jaguar Kitap · 20184,406 okunma