Gulshan21

9/10
·60 syf.··
Beğendi
·
2020 49. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Haziran 2020 15:22
Üç qadın,üç səs Birinci səs davamlı olaraq ana olan,ikinci səs uşağı olmayan,doğulacaq uşaqlarını itirən,üçüncü səs istəməyərək uşağı olan və uşağını xəstəxanada tərk edən bir qadın. Bu üç qadın,üç qadının iç səsinin,daxillərinin fırtınasının şeir forması,slyvia möhtəşəmsən!
Üç KadınSylvia Plath · Artshop Yayıncılık · 0540 okunma
Reklam
9/10
·252 syf.··
Beğendi
·
2020 45. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mayıs 2020 22:00
Teoman musiqilərini sevərək dinlədiyim,konsertlərinə getdiyim musiqiçilərdəndir.Bu qədər sevdiyim musiqilərin söz yazarı da özüdür.Buna görə onun Fasa fiso adlandırdığı,öz həyatının 50 ilini əks etdirən həyat yolunu da oxumaq çox maraqlı idi.Oxumaq deyərkən,ilk dəfə idi ki,bir kitabı səsli oxuyurdum,"storytel" adlandırılan programda teoman bu kitabı öz səsləndirir.Uşaqlığından başlayaraq(elə ən çox uşaqlıq və yeniyetməlik dövründən yazıb),kariyerasının başlığını,hər dövründə ona ilham olan insanları və ən səmimi halı ilə Teomanı tanış edib oxucu ilə. Kitab o qədər səmimidir ki,düşüncələrimi sadəcə özümə saxlamaq istəyirəm.Kitabın sonunda Teoman dostuna sual verir ki, "mən daha əvvəlki papatya Teoman ola bilməyəcəyəm?" (Teomanın ilk musiqilərindən olan Papatyaya görə bir müddət onu belə adlandırırlar) Yaşlanırıq,hər ilin bizi daha da dəyişdirdiyinə inanırıq,ki dəyişir.Ancaq daim o itib gedən zamanı axtarırıq.Gecikirik,həyata da,insanlara da. Necə deyirdi? Bunlar güzel günlerimiz Daha beter olacak her şey Bunlar zaten yalan dolan Kaderden kaçamaz insan
Fasa FisoTeoman · Hep Kitap · 20182,065 okunma
5/10
·88 syf.··
2020 44. kitabı
·
9 günde okudu
·
Okunma: 25 Mayıs 2020 16:25
Jean de saint colombe 17-ci əsrdə yaşamış fransız bəstəkar və viola ifaçısıdır.Gənc yaşda həyat yoldaşını itirib,iki qızı ilə tək yaşayan bəstəkar,kralın xidmətinə girməyi rədd edib,sadəcə qabiliyyət gördüyü gəncləri yetişdirirək,yaşayır. Kitab onun həyat yoldaşı vəfat edən gündən başlayaraq ömrünün sonuna qədər bir növ həyat yolunu anladır.Ancaq bunu yazıçı o qədər uğurla təsvir edə bilmir.Ətraflı təsvir edilə biləcək məqamları ötəri keçməklə sürətli şəkildə hekayəni bitirmək dərdindədir yazıçı. Jean kralın xidmətinə girmir,bir gün ondan dərs almaq istəyən marin maraislə tanış olur.Uzun müddət istedadı olmadığını,musiqini hiss edə bilmədiyini bəhanə gətirərək qəbul etmədiyi bu tələbəsini,qızlarının təsiri ilə qəbul edir.Musiqi necə yaranır,sənətkar nədir suallarının təsviridir Jean. Kitabın eyni adlı 1991 tarixli filmi var,bir neçə mükafat alıb,kitab yerinə bəstəkarla tanış olmaq üçün baxa bilərsiniz
Dünyanın Bütün SabahlarıPascal Quignard · Can Yayınları · 20151,020 okunma
9/10
·248 syf.··
Beğendi
·
2020 43. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Mayıs 2020 16:25
İtalyanın bilinməyən sadəcə adı B kimi qeyd edilən bir küçəsində,bir qəsəbədə. Elio hələ 15li yaşlarındadır,atası alimdir və hər yay evini otel kimi təhsil sahəsində tədqiqatçı alimlərə kirayə verir.Elio gələcək insanların şəkillərinə baxanda gözü Oliverə sataşır.Oliver 24 yaşında tədqiqatçıdır.Qarşılaşdığı ilk günlərdən Elio Oliverdə bilmədiyi bir sirr aşkar edir.Bu nədir? Birini hiss etmək,birini istəmək,adı ehtiras deyil,bəs adı nədir? Bəlkə də oxuduğum ən yaxşı bir neçə sevgi romanından biri sayılar.Kitabın bir yerində Elio deyir ki,"o məndən daha çox mən" idi.Əslində birini sevməyin də açar sözü bu deyil? Niyə adınla çağır məni? Elə həmən sözün izahı budur. Eyni adlı bir filmi olsa da,kitabın ikinci hissəsi "Bul beni" yeni çıxıb,hətta ikinci bir davam filmi də çıxacaq. Filminə baxmamışam,ancaq nə qədər də yaxşı film olsa belə kitabından daha yaxşı ola bilməz
Adınla Çağır BeniAndré Aciman · Sel Yayınları · 20244,330 okunma
7/10
·270 syf.··
2020 42. kitabı
·
6 günde okudu
·
Okunma: 18 Mayıs 2020 20:43
Bras cubas ölür və bir gün qəbrindən həyatını anladan bu kitabı yazmağa qərar verir.Qısa-qısa bölmələrdən ibarət,ölən gündən başlayaraq,uşaqlığından ölən vaxta qədər yaşadığı həyat yolunu yarı ironik,yarı da fəlsəfi dil ilə təsvir edir. "Bunu neşe kalemi ve hüzün mürekkebiyle yazdım" deyir kitabın ilk bölməsində.Kitab mənə görə hər ünsürü ilə yarımçıqdır.İstər çatdırmaq istədiyi düşüncə,istər detalları,sanki bir neçə gündə yazdığı,çatdırmağa məcbur olduğu bir mətni çap edib.Özümü nə Rio'da nə də hadisələrin baş verdiyi 19-cu əsrin mühitində hiss edə bildim. Ancaq yazıçının təsvirləri o qədər maraqlı idi ki,bir neçə saata bitirib,başqa bir kitabını axtarmağa özünüzü təşviq edirsiniz.
Mezarımdan YazıyorumMachado de Assis · Jaguar Kitap · 20211,049 okunma
Reklam