Gulshan21

Heyrət "Heyrət, eybüt!" dedi dünyaya qələm Aləmi bir seyrim yüz heyrətimdir. Mən heyran olmasam yaza bilmərəm Mənim nəğmələrim - öz heyrətimdir. Bəzən deyirlər ki, dəyişib zaman Hər şey adiləşib... Nə sevinc, nə qəm! Elə bir möcüzə tapılmaz, insan, Ona heyrətlənə... Heyrətlənmirəm! Əgər belədirsə, küsmə zamandan. Qəlbinə yaxşı bax! Qəlbin çox soyuq! Heyrət qurtarıbsa, demək, cahandan Gözəllik köçübdür, xəbərimiz yox!.. Görə bilmirsənsə gözəllikləri, Bu aləm səninçün günahkar olur? Gözü buz bağlayan bulaqlar kimi, Soyuq adamın da qəlbi kor olur. Göylər damar-damar, Yer lağım-lağım... Bu heyrət, bu sual dindirib məni. Hələ körpəlikdən bu heyranlığım, Sual köhləninə mindirib məni. Mən öz heyrətimin çəmənliyindən, Cavablar axtardım, suallar dərdim. Heyran qalmasaydım bu dünyaya mən, Heyrətsiz halıma heyrətlənərdim. Heyranam açılıb hey varaq-varaq Saçılan ləçəyin min-min rənginə. Siz deyin, mümkünmü heyran qalmamaq, Ahəngsiz dünyanın öz ahənginə?.. Hansını söyləyim?
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Kimdir mənim düşmənim? Kimdir mənim Ən qorxulu düşmənim? Kaş biləydim bunu mən. O zərbə vurmamışdan Kəsəydim yolunu mən. Kimdir mənim Düşmənim? Yaxşımı qoyub Yamanımı danışanmı? Yox! Eyblərimi deyib Arxamca gülənmi? Yox!.. Mənim nöqsanlarımı Məndən yaxşı bilənmi? Yox! Yox! Yox! Onların gözlərini Taxaydım öz gözümə. Özgələrin gözüylə Baxaydım öz-özümə. Bacarsaydım bunu mən Bu dünyada nə dərdim... Mən onda öz-özümü Daha yaxşı görərdim. Onda eyiblərimə Özüm düşmən olardım; Görsəydim öz-özümü, Onda mən, mən olardım! Ah!.. Məni məndən gözəl Görə bilən dostlarım, Arxamca qəh-qəh çəkib Mənə gülən dostlarım,
Təklik Xəyal gah dağdadır, gah da aranda, Gah göyə yüksəlir, gah enir insan. Otaqda bir saat tək oturanda, Yüz ilin dərdiylə yüklənir insan. Elə bil divarlar gəlir üstünə, Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən öz tüstünə, Nidalar gözündə suala dönür. İnsanı tez yorar düşüncələr də, Verib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə, İnsan olduğunu unudar insan... Bir günəş bəs edər, pərişan olma, Sənin yüz Kür qədər göz yaşın olsa. Min dərd hücum etsə, könül, sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəs yerə, İnsanıq, insan da bizə gərəkdir. Bağatək qınına çəkilənlərə Ürək nə gərəkdir, dil nə gərəkdir. Çay çaya qovuşmaz sular daşmasa, Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa Nə ildırım çaxar, nə yağış yağar... Yol tapa bilərmi saz ürəklərə, Mizrab asta-asta telə dəyməsə? Çıxarmı qönçədən tək bircə kərə, Bülbülün nəfəsi gülə dəyməsə? Öz el-obasını tərk etdiyindən, Tək-tənha dolanır bayquş bu gün də. Kolların dibində tək bitdiyindən,
Həyat sən nə şirinsən Səndən doymaq olarmı? Həyat sən nə şirinsən?! Ancaq hamının deyil, Sən həyatın qədrini Yalnız bilənlərinsən!... Özünü bu dünyada heç kəs qonaq sanmamış, Ancaq ömrün özü də bərabər paylanmamış. Ömür paylanan zaman görün kimə nə düşdü?! Üç yüz il boz qarğaya, on il şahinə düşdü. Həyat sən nə şirinsən?! Kim səndən doydu getdi?! Gedənlər bu dünyada qəlbini qoydu getdi. Dünən qoca bir qarı, Dilində ahu-zarı "Bu dünyanın əlindən gəlmişəm zara"-dedi, "Ölmürəm ki, bir dəfə canım qurtara "-dedi. Ürəkdənmi söylədi o, bu sözü görəsən? Xeyr inanmıram mən! O yana - yana dedi, Dili söylədisə də, Ürəyində o dərhal, " Lənət şeytana "-dedi. Həyat sevincin qədər, əzabın da şirindir, Səni mənalandıran o keşməkeşlərindir. İki yüz il yaşadı ləzzət içində Loğman, Yenə möhlət istədi, ölərkən Allahından. Yatırdı göy çəməndə, çatdı ona Əzrail. Söylədi-İki yüz il ömür sənə bəs deyil?! Mən canını almağa gəlmişəm nə sözün var?
Sayfa 129·Kitabı okudu
Belki de her zaman adımlarımı geriye doğru takip etmeye çalışıyorum;hayat denen karşı yakaya giden vapuru rıhtımın yanlış tarafında oyalanarak kaçırdığım ya da talihsizce yalnış vapura bindiğim anı bulmaya çalışıyorum.
Sayfa 24·Kitabı okudu