Gulshan21

Mesele yeni birilerinin büyüsünün hep çok çabuk sönmesi.Sahip olamayacağımız insanları istiyoruz.Hayatımızda iz bırakanlar ya bir noktada yitirdiğimiz ya da varlığımızın farkında bile olmayan kişileri.
Sayfa 16·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
6/10
·171 syf.··
2020 78. kitabı
·
32 saatte okudu
·
Okunma: 27 Temmuz 2020 01:35
İnsanın valideyninin xərçəng olduğunu öyrənmək çox ağırdır.Bunu uşaqlıqda yaşayanda uşaq düşüncələrimlə ağırlığını hiss etməmişdim.Ancaq illər keçəndə sanki dünən yaşamısan kimi xatırlayırsan keçən günləri. Andres həkimdir,anasını uşaqlıqda itirib,atası onu tək böyüdüb.Atası 60 yaşlarının sonunda xərçəng xəstəliyinə tutulur.Xəstəliyin daim xəstəyə deyilməsini müdafiə edən Andres mövzu atası olanda çarəsizləşir. Sadəcə bir neçə ay ömrün qalacaq birinə bunu demək necə ağırdır.Yadımdadır ki,səhv bir diaqnoz nəticəsində anam da sadəcə bir neçə aylıq ömrü qalacağının xəbərini alırdı.Tökülən saçlarını kədərlə yığmaq məcburiyyətində qalırdı.Əslində insanlar düşünür ki,gənc yaşda ölməklə,daha yetkin yaşda ölmək arasında böyük fərq var.Öləcəyini bilə-bilə yaşayan tək canlı insandır.Bir çoxumuz bunu bildiyimiz halda,yaşamaq üçün bunu unuduruq.Son günə qədər sanki bir qüvvə bizi ölümsüz edəcəkmiş kimi ümid içində oluruq.Yunanlıların da elə ən qorxudu şey ümid imiş.Necə haqlıdırlar. Bir neçə ay sonra öləcəyini bilən biri nə edər? Bu sual bir çox insana mütləq ki verilib.Tətilə çıxardım,sevdiklərimin yanında olardım və s. Cavabları çox eşitmişəm. Bu sualı cavabı yenə də yaşla bağlıdır.Düşünürəm ki,insan öləcəyini unutmadan yaşamalıdır,varla yox arasında qalaraq.Biz varıq,ama biz təkistifadəlik varlıqlarıq.Bir varıq,sabah yoxuq.Zaman deyəndə də yadıma İn time filmi gələr,çünki zamanı ən yaxşı ifadə edən film odur. Kitabı ümumilikdə bəyənmədim.Ədəbi gücü olduqca zəifdir,oxunarmı? Düşünürəm ki,mütləq hərkəsin oxuması mütləq kitablardan deyil.Yazı xətaları da olduqca çox idi. Hal hazırda iqtisadi çöküş olan Venezuelada baş verir hadisələr.Kitabın sonlarına doğru Andres və atasının söhbətlərində bu çöküş barədə də fikirlər var.Kitab 2000'lərin əvvəlində baş versə də,iqtisadi çöküşün
Babam GiderkenAlberto Barrera Tyszka · Kafka Kitap · 2018207 okunma

Gulshan21

, bir kitap okudu
6/10
·171 syf.··
32 saatte okudu
·
2020 78. kitabı
Alberto Barrera Tyszka
7.2/10 · 207 okunma
6/10
·128 syf.··
2020 77. kitabı
·
3 günde okudu
·
Okunma: 25 Temmuz 2020 18:12
Nietzschenin fikirlərinin bir çoxunu bəyənsəm də,fikirlərinin kəskinliyini sevmirəm.Deccal sırf xristian dininin tənqidinə həsr olunub.Xristian dininin yəhudi dinindən gəldiyini müdafiə edərək,insanların bu dinə necə inandığını sorğulayır.Xristian dininin əsrlərdən elm adamlarına etdiklərini,onların nöqteyi-nəzərində elmin "təhlükəsini" elə onların dilində yazır. Kitabı bəyənmədim,maraqlı fikirlər olsa belə,kəskin bir kitab olduğunu düşünürəm.Əsas da Salomedən sonra(L.A.Salomeyə etdiyi təklifin rəddindən sonra) qadınlar haqqında yazdığı sərt ifadələr mənə görə absurddur. Nietzsche yaxşı filozofdur,ancaq yaxşı tədqiqatçı deyil(akademik olduğu üçün tədqiqatçı da sayılır).Düşünürəm ki,tədqiqatçı heç bir düşüncənin üstündə bu qədər kəskin durmayan,daim ikinci bir cavabı da axtaran şəxsə deyilir.
DeccalFriedrich Nietzsche · Tutku Yayınevi · 20165,2bin okunma

Gulshan21

, bir kitap okudu
6/10
·128 syf.··
3 günde okudu
·
2020 77. kitabı
Friedrich Nietzsche
8.1/10 · 5,2bin okunma