Mahiparə

Mahiparə
@Kitablardan_sizlere
Həyat kitab`la gözəldir.,.
Bəzən insanların dilləri susar, gözləri danışar. Onlar baxışları ilə bir- birlərinə fikirlərini çatdırarlar. Məhz onlar "Sükutla Danışanlar"dır...
Reklam
"Bütün insanlar xoşbəxtlik axtarır. Bunun heç bir istisnası yoxdur... Bütün insanlar şikayətlənir: şahzadələr, nökərlər, zadəganlar, xalq, yaşlı, cavan, güclü, zəif, savadlı, avam, sağlam, xəstə, hər ölkədə, hər zamanda, hər dövrdə və hər şəraitdə... Boş yerə ətrafındakı her şeylə boşluğu örtməyə çalışır. Həmin şeylərdən heç biri insana kömək edə bilməz. Çünki bu sonsuz boşluq ancaq sonsuz və dəyişməz bir varlıqla, yəni Allahla örtülə bilər!
Deyirlər ki, heç bir kəsin həyatı tamamilə ağ zolaqdan, heç bir kəsin həyatı da tamamilə qara zolaqdan ibarət deyildir. Həyat ağ və qara zolaqların ardıcıllığından ibarətdir..

Okur Takip Önerileri

Tümünü Gör
Dünya həyatı olduqca maraqlı və rəngarəng olmaqla bərabər, enişli-yoxuşludur. O, bəzən bizi sevindirir, bəzən kədərləndirir, bəzən güldürür, bəzən ağladır, bəzən də öz laqeydliyilə tənha buraxır... Bəli, dünya həyatının hər üzü var və bunun şahidi olmaq üçün ətrafımıza nəzər salmaq yetər. İstisnasız, hər bir insan öz həyatında bu dünyanın həm şirinliyini dadır, həm acısını çəkir. Axı, dünya həyatı cənnət deyil ki, hər bir şeyi yalnız yaxşı olsun; cəhənnəm də deyil ki, hər bir şeyi pis olsun. Amma bu enişli-yoxuşlu dünyada öz həyatımızı cənnətə, yaxud cəhənnəmə çevirmək hər birimizin öz əlindədir. Kimiləri öz səylərilə yaşayışlarını gözəlləşdirməyə çalışarkən, kimiləri də atdıqları addımla- rıyla öz həyatlarını bərbad edirlər. Belə ki, kimiləri hər bir işinə məsuliyyət hissilə yanaşır, yüz ölçüb bir biçərək addım atır, kimiləri də tamamilə məsuliyyətsiz yanaşıb, gördüyü işin aqibəti barəsində heç düşünmür. Kimiləri öz həyatlarını şərəf və ləyaqətlə yaşamağa çalışır, kimiləri üçün isə şərəfli və ləyaqətli həyat anlayışı tamamilə yaddır. Hər birimiz belə bir gerçəkliklə əhatə olunmuşuq...
Özümü dünyanın ən xoşbəxt insanı sayıram. Bunun səbəbi saya gəlməyəcək qədər çoxdur. Bəziləri xoşbəxtliyi axtarıb tapmaq üçün çox uzaqlara gedirlər. Müdrik insan isə belə məşəqqətlər əvəzinə, xoşbəxtliyi öz yanında yetişdirir. Çünki xoşbəxtlik hər bir insanın ya-nındadır. Bunu demək təvazökarlıqdan uzaq olsa da, özümü müdrik hesab edə bilərəm. Xoşbəxtlik qapınızı hər gün azı bir dəfə döyür. Təəssüf ki, siz evdə olmursunuz. Amma mən, həmişə evdə oluram və xoşbəxtliyi özüm qarşılayıram. Ailə həyatı qurduğum xanım mənə dəmirçi olmağı öyrədib. Bəli, mən yaşadığım şəhərdə dəmirçi işləyirəm. Dəmirçi dedikdə, sizin bildiyiniz dəmir döyəcləyən sənətkarlara aid qədim sənətkarlıq növünü nəzərdə tutmuram. Mən öz xoşbəxtliyimin dəmirçisiyəm...
Reklam
Reklam
150 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.