Ulkerizm

Ulkerizm
@Kitablardaqeyb
Azərbaycan, 17 Temmuz 1993
646 okur puanı
Haziran 2022 tarihinde katıldı
Puan vermedi·328 syf.··
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 10 Haziran 2026 17:02
McFadden oxuyanda artıq heç kimə inanmıram. Çünki onun kitablarında görünənlə həqiqət heç vaxt eyni olmur. "İş yoldaşı" İtkin düşən bir iş yoldaşı, tapılan e-poçtlar, şübhəli yazışmalar və hamının ittiham etdiyi tək bir nəfər — Natali. Hər səhifədə fikrinizi dəyişəcək, hər detal sizi başqa istiqamətə aparacaq. Mən sonluğu təxmin etdiyimi düşünürdüm, amma McFadden yenə öz oyununu oynadı. Bu kitab bir daha sübut etdi ki, insanları tanımaq heç də asan deyil...
İş ArkadaşıFreida McFadden · Olimpos Yayınları · 20251,830 okunma
Reklam
Puan vermedi·288 syf.··
2026 21. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Mayıs 2026 07:25
" Ne de olsa annem için her şeyi yapardım" . On bir il əvvəl baş vermiş cinayət hadisəsi və bu hadisənin cəzasını çəkən bir qrup gəncin taleyindən bəhs edən kitab- Mahkum . Bir qrup gənc deyəndə -onlardan üçü ölmüş və üçü isə sağ qalmışdı. Kitabın başından sonuna kimi " qatil kimdir" sualına Brook ilə birgə cavab axtarırıq. . Kitabı oxuyarkən Brookun həyatına daxil olan və cinayət hadisəsi baş verən zaman oradan sağ çıxan və qatil olacağını düşündüyümüz Shane və Timin arasında get- gəldə olub, istər- istəməz şüphə ilə oxumağı dayandıra bilmirsən. Kitabı hadisədən sağ qurtumuş və hadisədən sonra travma almış Brookun fikirləri ilə oxuyuruq. Yenə fikirləriniz qarışacaq... Başda yazdığım cümlə kitabın sonunda oxuduğum cümlədir. Və bu son heç de yaxşı son deyildi. Necə olursa, olsun qan yenə çəkirdi...
1000Kitap
MahkûmFreida McFadden · Olimpos Yayınları · 20242,655 okunma
Puan vermedi·250 syf.··
2026 20. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Mayıs 2026 00:42
Qəbiristanlıqda başlayıb elə qəbiristanlıqa da da bitən sevgi hekayəsi..... . İnsanları bəzən yaralar birləşdirir... ehtiyac duyduğu sevgini başqa bir ruhda tapması bir birinə bağlayır.... Eləcə də Fərəh və Orxanda olduğu kimi... . Valideyinlərini itirmiş hər iki gənc məzarlıqda təsadüfən qarşılaşırlar. Bu qarşılaşma hər iki gənc üçün yeni bir hekayənin başlanğıcı olur. . Hər başlanğıcın bir də sonu vardır. Və hər son bizi sevindirirmi?! Yazıçının kitaba verdiyi ad da boşuna deyildi: "Aciz qalan ulduzlar" "Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq." . Acizlik bəzən verilən və tutula bilməyən sözlərdə, bəzən isə məsafələrdə idi.....
1000Kitap
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015350 okunma
Puan vermedi·288 syf.··
2026 19. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Mayıs 2026 07:21
Adi sevgi macərası kimi başlayıb şok edici hadisələrlə biten bir kitab......" Sakın yalan söyleme".. . Evli bir cütlük almaq istədikləri evə baxmaq üçün yola düşürlər. Nəhayət evə birtəhər daxil olmağı bacarırlar. Lakin bu evdə qəribə səssizlik var. . Əvvəllər psixiatr Dr. Hale'nə aid olduğu məlum olan evdə qarlı havanın gətirdiyi --yol bağlanması kimi məsələlərlə uz üzə qalıb evdə bir neçə gün qalmağa məcbur olurlar. . Bir neçə aydır itən psixiatrın itme sebebleri, evdən gələn qəribə səslər, evdə tapılan gizli bölmələr; bu bölmələrdə xəstələrə aid olan yuzlərlə səs yazma aparatları.... . Sirlər açılır, artıq yalan yoxdur. Həqiqətlər isə ayrı bir dərd... . Yazıçı digər kitablarında olduğu kimi bu kitabda da oxucunu aldadıb , başqa başqa şeylərə inandırıb sonra alt- üst etməyi bacarıb. Başda oxuduqlarin , daha doğrusu oxuyub hiss etdiyin duyğular sonunda şar kimi partlayır)). Başda hiss edərək oxuduğun kitabı sonuna doğru şokun təsiri ilə qəribə hisslərlə oxumağa davam edirsən. . Bu arada yazıçının qələmini çox sevirəm. Əgər Mc Fadden qələmi oxuyursansa, həm sitatları həm də hadisələri düşünürsən. Həm də bu mövzunu necə düşünə bilməsini... Kitabı sirli saxlamaq üçün çox yazmaq istəmurəm. Amma oxusaz bəyənəcəksiz. Xoş mütaliələr.
1000Kitap
Sakın Yalan SöylemeFreida McFadden · Olimpos Yayınları · 20245bin okunma
Puan vermedi·273 syf.··
2026 18. kitabı
·
13 günde okudu
·
Okunma: 08 Mayıs 2026 20:52
Bu kitab "bitmiş bir kimlik" yox, "formalaşan bir mən " danışır. . Kitabın üz qabığında Rüstəmi , qırılmış şüşədə isə onun uşaqlıq travmalarını görürəm. Kitabın adı isə bir sual kimi qarşımızda dayanır: "Əslində mən kiməm?" . Kitabın əsasını Lalə və Rüstəm , daha doğrusu onları birləşdirən taleyin kiçik oyunu təşkil edir. Bir seans düşün , psixoloq qəbuluna gələn hər kəs bir -birinin həyatında kiçik bir yerdədir.... . Lalənin oxumaq və kitablara olan sevgisi onu Rüstəmlə qarşılaşdırır. Bu qarşılaşma isə onun həyatında yeni bir yol açır. Özünü tapmaq arzusu isə Laləni psixoloq Humayın qəbuluna aparır. Hər seansda personojlarla birlikdə özümüzü kəşf edirik. . "İnsanın qusduğu keçmişi idi, qucaq açdığı isə gələcəyi ." . Əslində mən kiməm? İnsanların gözündə kimsən? Bəs sən özünü necə görürsən? Və ən əsası ....sən əslində kimsən? . Bəlkə də Rüstəm kimi , içində iz buraxan bir travma ilə böyüyən bir uşaq, bəlkə Lalə kimi axtarışda olan, öz yolunu tapmaq üçün sual verən , dəyişməkdən qorxmayan , amma hələ tam "tapılmamış" bir insan.. Keçmişi ilə üzləşən biri, kitab dili ilə desək: özünü tapmaq yolunda olan biri.... . Amma mən içimdə dünyaları gəzdirib , çölümə sadəcə o dünyadan kiçik qırıntılar səpən birisiyəm. Lakin hələ də məqsədinə çata bilməyən , amma daim ona doğru can atan biri.... Bilirəm, bu , dayanmaq deyil- prosesdir. Kitabın da bizə vermək istədiyi mesaj da elə budur: insan hazır "kimlik " deyil , davam edən bir axtarışdır.
1000Kitap
Əslində Mən KiməmBahar Bəxtiyarqızı · Kitabçı Nəşriyyat · 202512 okunma
Reklam