Son dəfə yadına Peddinin sözləri düşmüşdü: "O, heç bir zaman ölməz. Sadəcə cildini dəyişər. Onun yox olduğunu sandığın anda ən böyük hiyləsi ilə qarşına çıxar. Bu hiylə sənin ən ağrılı və zəif yerinə aiddir". "Peddi, bu yeri necə təyin edə bilərəm?" sual etmişdi. "Keçmişinə bax. Ən böyük zərbəni kim və nə ilə sınandıqda almısan? Ən çox hansı xüsusiyyətin sənin aldanmağına, yerə yıxılmağına səbəb olub?" Əfsus, bu sözləri xatırlamaqda bir azca gecikmişdi. Gözlərindən axan son yaş hələ heç bir zaman duymadığı şiddətli, geri dönüşü olmayan peşmanlıqdan doğan acı göz yaşları idi. O yenə də, son nəfəsində də aldanmışdı...