Günlərin birində Harun-ər Rəşidin məmurları Bəhlulu tutub xəlifənin yanına gətirirlər ki, bəs bu adam şəhərda şayə yayır ki, guya sən ölübsən. Xəlifə bərk qəzəblənib Bəhluldan soruşur:
- Sən nəyə görə belə şayə yayırsan?
Bəhlul deyir:
- Sənin məmurların xalqa yaman divan tuturlar, onların bu zülmünə baxıb belə qərara gəldim ki, yəqin xəlifə ölüb, ona görə bunlar belə azğınlaşıb hədlərini aşıblar.