A

A
@KitapBulutu
İnstagram hesabım: @kitap.bulutu_
Baku
56 okur puanı
Eylül 2019 tarihinde katıldı
Puan vermedi·469 syf.··
2020 12. kitabı
Bir gün gənc bir qadın öz mənzilində hamam otağında qətlə yetirilmiş halda tapılır.Polislər onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində brilyant aşkar edirlər.Bəs bu beşguşəli ulduz şəklində brilyant nəyə işarə edirdi?Seriya cinayətlər törədən, "niyə?" sualına heç bir cavabı olmayan bir qatil və törətdiyi cinayətlər.Bəs bu cinayətlərə səbəb nə idi?)Detektiv Harri Hole'dan başqa bu kələfi aça biləcək heç kimsə yox idi.... İlk günlərdə Harri rəqibi Tom Völerle birlikdə işləmək istəmirdi.Lakin daha sonra onlar birlikdə istintaq aparmağa başladılar... Əsər gözlənilməz hadisələrlə,bir çox sirrlərin açılması ilə finala doğru daha da maraqlı, həyəcanlı və təəccüblü şəkildə irəliləyir.️ . Detektiv sevənlərin çox bəyənəcəyi bir əsər olmasından əlavə kitabdakı düşündürücü cümlələr çox qəribə hiss etdirirdi.Kitabın bəzi hissələrində əsəri oxumağı durdurub sadəcə düşünmək istəyirdim...
Şeytan YıldızıJo Nesbo · Doğan Kitap · 20141,081 okunma

A

, bir kitap okudu
Puan vermedi·469 syf.··
2020 12. kitabı
Jo Nesbo
8.1/10 · 1.081 okunma
9/10
·68 syf.··
2020 9. kitabı
"Biz hamımız Qoqolun Şinelindən çıxmışıq"-Dostoyevski Kiçik həcmli olsa da özündə böyük anlamlar daşıyan əsər...️ Əsərin baş qəhrəmanı kiçik dövlət məmuru Akaki Akakiyeviçdir. İş yoldaşları tərəfindən həmişə alçaldılan Akaki Akakiyeviçin vəzifəsi sənədlərin üzünü köçürməkdir.İşini çox sevən bu məmur çox qəribə bir adam idi.Məsələn yemək yeyərkən o doyduğunu hiss etmirdi,və yalnız qarnının şişdiyini gördüyü zaman doyduğunu anlayırdı. :D Akaki Akakiyeviş bir soyuq qış günü yolda hiss edir ki,onun şineli sıradan çıxıb(süzülüb) və onu isti saxlamır.Dərzinin yanına gedir və ondan şinelini tikməsini istəyir.Lakin dərzi ona bu şinelin düzələ biləcək halda olmadığını bildirir.Akaki Akakiyeviçin yeni şinel almaqdan başqa çarəsi qalmır.Lakin onun pulu yenisini almağa yetmir.Buna görə o qarşısına məqsədlər qoyur.Axşam içdiyi çaydan,yeməkdən günlərcə özünü uzaqlaşdırmağa çalışır ki,pulunu yığıb şinel ala bilsin. Ehh hardan bilə bilərdi ki,bu şinel ona nə bədbəxtliklər gətirəcək ...( Kitab çox fərqli bir sonluqla bitdi... Oxumağınızı tövsiyə edirəm️ Həm çox axıcı həm də qısa həcmli olduğundan əsəri oxuyub bitirmək üçün 1-2saat belə sizə bəs edər.) Xoş mütaliələr
ŞinelNikolay Gogol · İdiot Yayınevi · 201846,1bin okunma