A

A
@KitapBulutu
İnstagram hesabım: @kitap.bulutu_
Baku
56 okur puanı
Eylül 2019 tarihinde katıldı
6/10
·120 syf.··
2020 2. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Şubat 2020 12:52
Əsərin baş qəhrəmanı,insanlardan uzaq duran Jan Daraqan'a bir gün təhdidedici bir zəng gəlir.Zəng edən Gill Ottolin Jan Daraqanın itirmiş olduğu ünvan kitabçasını tapdığını deyir.Və görüş tələb edir. Görüşdən sonra Gill'in verdiyi sualların sayəsində Jan Daraqan keçmişinə səyahət edir və bu onu,indiyə qədər unutduğu,uzun xatirələr zəncirinə dalmağa sövq edir...Axıcı bir kitab idi.Düzü,əsərdə bəzi səhifələrdə mənim üçün anlaşılmazlıqlar yaranırdı.Əsərdə keçmiş və indiki zaman arasında bir qarışıqlıq var idi. Oxuduğum zaman hansı hadisənin keçmişdə,hansının indiki zamanda olduğunu anlaya bilməyib səhifəni iki dəfə oxuyanın bir mən olduğumu düşünürdüm.Lakin əsəri bitirdikdən sonra araşdırmalar etdim.Və bu durumu sadəcə mənim yaşamadığımı gördüm.) Bir az qarışıq olsa da oxumağa dəyər bir kitabdır.Xoş mütaliələr.
Mahallede Kaybolma DiyePatrick Modiano · Can Yayınları · 2022581 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
9/10
·224 syf.··
Beğendi
·
2020 3. kitabı
Yazardan oxuduğum ilk kitabdır.Kitabın üz qapağı diqqətimi çox cəlb etdiyindən haqqında məlumatım olmasa belə almışdım.Oxumadan öncə bir az çəkinirdim ki, ya kitabı üz qapağını sevdiyim qədər sevə bilməsəm?) Amma çox şükür elə olmadı,əsəri də ən az üz qapağı qədər bəyəndimm... Romanın baş qəhrəmanı öz kitabxanası olan və kitab oxumağı çoxxx sevən bir qadındır.Həyat yoldaşı və övladları ilə çox gözəl,xoşbəxt bir ailəsi olan bu qadının (Ofeliya'nın) həyatı sevdiyi adamın əli ilə sanki anidən zindana çevrilir...Baş verən hadisələrdən yazıb spoiler vermək istəmirəm,bir sözlə Ofeliyanın güvəndiyi dağlara təəssüf ki, gözləmədiyi bir anda qar yağır... Yazar romanda hadisələri o qədər gözəl təsvir edib ki,indi bu təhlili yazarkən,əsəri düşünərkən sanki bu hadisələr gözümün qarşısında baş verib kimi hiss edirəm. Sıxılmadan oxuya biləcəyiniz,olduqca gözəl və axıcı bir əsərdir.Sizə xoş və bol mütaliələr.
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201554 okunma
Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır...️
Puan vermedi·140 syf.··
2020 5. kitabı
Əsər bir gün Mənzərə adlı bir xanımın yazıçının çalışdığı redaksiyaya gəlməsi və əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün dəftərlərini yazarın oxuması ilə başlayır... Yazar əsərdə ətraflı düşünülmədən,tələsik verilən qərarlardan,tələbə qızın sevgisindən,yalan və xəyanətdən bəhs edir.Və Könülün simasında bir çox gənclərin hisslərini əks etdirir,Könülün başına gələnləri,aldanışa aparan yolları əsərdə oxucusuna təqdim edir. Qısa həcmi,axıcı bir kitabdır. Xoş mütaliələr.
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014703 okunma
"Əlvida" , "sağ ol" , "hələlik" vida sözlərinin heç bir fərqi yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq, "əlvida" deyib üç gündən,üç saatdan,on beş dəqiqədən sonra yenidən görüşmək olar... .