A

A
@KitapBulutu
İnstagram hesabım: @kitap.bulutu_
Baku
56 okur puanı
Eylül 2019 tarihinde katıldı
8/10
·428 syf.··
2020 8. kitabı
Əsəri oxumağa başladığımda bir az sıxılırdım.Hətta əsəri yarıladığımda gözləntilərimin əksi olacağını və bir an əsəri heç sevməyəcəyimi düşündüm.Lakin belə olmadı,irəliləyən səhifələrdə əsər çox axıcı,maraqlı və təsirli olmağa başladı. Keçək mövzusunaPaul həbsxanada ölümə məhkum edilmiş günahkarların gətirildiyi "E" blokunun baş nəzarətçisidir. Edam əmri verilən məhbuslar elektrikli oturacağa bağlanır və onlar ölənə qədər bədənlərinə elektrik verilir. Bir gün həbsxanaya digərlərindən boyuna və kilosuna görə çox fərqlənən,qeyri-adi görünüşü ilə diqqəti cəlb edən Con Koffi adlı bir məhbus gəlir.Onu 2 balaca qız uşağını öldürməklə günahlandırırlar. Hər kəs Con Koffinin görünüşünə baxmaqla belə buna rahatlıqla inansa da Paul buna inana bilmir.Qaranlıqdan qorxan,uşaq ruhlu,qeyri-adi şəfa vermə gücü olan Con Koffi həqiqətən də qatildir mi?Qatil deyilsə uşaqlar niyə onun qucağında ölü olaraq tapıldı?bu sualların cavabını əsəri oxuduğunuz zaman biləcəksiniz.)) Roman əsasında eyni adlı film də çəkilib.Film həqiqətən də tək kəlimə ilə möhtəşəmm idii... İzləməyən varsa tövsiyə edirəm ki,mütləq öncə əsərini oxuyub,sonra da filmini izləsinn.
Yeşil YolStephen King · Altın Kitaplar · 20219,3bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
"Mən eşitdiyim və hiss etdiyim ağrılardan çox yorulmuşam, Boss. Mən yollardan yorulmuşam,birəbiddən quşu kimi yağışın altında tək-tənha dolaşmaqdan yorulmuşam.Heç kiminlə yol-yoldaşı olmamaqdan, haradan gəlib, haraya getdiyimizi, ya da nə üçün getdiyimizi paylaşa biləcəyim bir dostumun olmamasından yorulmuşam. İnsanların bir-birinə qarşı düşmən kəsilməsindən yorulmuşam.Elə bil beynimin içində çoxlu şüşə qırıntıları var. Dəfələrlə yardım etməyə çalışıb bunu edə bilməməkdən yorulmuşam. Qaranlıqda yürüməkdən təngə gəlmişəm.Əgər mən onu bitirə bilsəydim yer üzündən yox olardım. Amma bacarmıram... " 

A

, bir kitap okudu
8/10
·428 syf.··
2020 8. kitabı
Stephen King
9.2/10 · 9,3bin okunma
6/10
·383 syf.··
2020 6. kitabı
·
13 günde okudu
·
Okunma: 22 Şubat 2020 09:54
Bu roman davamlı olaraq izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx bağlıdır.Əsər haqqında internetdə araşdırarkən öyrəndim ki,romanda nəzərə çarpmayan çoxlu sayda detallar yazıçının həyatı ilə səsləşir.Məsələn: romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. . Əsərdə 24saar kamera nəzarəti ilə idarə olunan,azad düşüncəyə,hisslərə,xəyallara qadağa qoyulan bir dünyadan,1984-cü ildə,despotik bir rejimin hökm sürdüyü Okeyaniyadakı yaşayışdan danışılır.Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırdığı halda Uinston hələ də azad düşünə bilir.Və bu,"azad düşünmək" orada ən böyük cinayətlərdən biri -"fikir cinayəti" sayılır.Uinston bir gün özü kimi düşünən və partiyaya qarşı olan bir qızla tanış olur və onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa başlayırlar.Bu mübərizələrinin sonunu isə...(kitabı oxuduğunuz zaman görəcəksiniz)️
1984George Orwell · Qanun Nəşriyyatı · 2024199,8bin okunma