Dinlər vaxtında insanları zəmanəyə
müvafiq yaxşı yola dəvət ediblər, yəni ümumi bir nöqtəyə yeriş etmək
üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, heç vaxt deməyiblər: "Biz islam, xristianlıq düzəltmək üçün gəlmişik". Hamısı: "Biz insanları düz yola dəvət edirik" deyiblər...
Məqsəd bir, yol bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə
düşüblər? Səbəb? Səbəb, ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən
buraxıb cüzi qanunlara sitayiş etmişik. Biz allahı buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi anlayanlar birləşirlər, qonuşurlar və
məhəbbət nə olmağını düşünürlər.